PDF Oxu

Siyasət

  • 30

Səxavət Əlisoy: “Arif Hacılı Tural Abbaslının anasından utansın” MÜNASİBƏT

Səxavət Əlisoy: “Arif Hacılı Tural Abbaslının anasından utansın” MÜNASİBƏT

"Hacılının ağlına yaxından bələd olanlar təsdiq edər ki, adam ona biət etməyənlərin hamısını partiyadan uzaqlaşdıracaq". Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Səxavət Əlisoy Müsavat Divanının sabiq üzvü Tural Abbaslının partiyadan kənarlaşdırılacağı barədə yayılan fikirlərə münasibət bildirərkən deyib.ADR rəsmisi qeyd edib ki, Tural Abbaslı da digər narazılar kimi öz fikri, sözü olan gənclərdən biridir və Arif Hacılı bəzi məqamları diqqətə almalıdır: "Yəqin ki, Turalın anası Divan üzvü olduğundan Hacılı abır-həya edib onu hələ ki, partiyadan uzaqlaşdırmayıb. Ancaq əvvəl-axır bu baş verəcək".Xatırladaq ki, Müsavat Divanının növbəti toplantısında Tural Abbaslının partiyadan çıxarılması ilə bağlı qərar veriləcəyi gözlənilir. Belə ki, partiya daxilindən də bu xəbəri istisna edən yoxdur.

sia.az

Digər xəbərlər