Azər Kərimli: "Mənə göstərdiyiniz diqqət və verdiyiniz dəstək haqqımda yayılan təxribat xarakterli məlumatlara ən gözəl cavabdır"
112 saylı Qax Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülən Azər Kərimlinin seçicilərlə görüşləri davam edir. Deputatlığa namizəd növbəti görüşünü rayonun Ağçay kəndində keçirib. Görüşdə kənd sakinləri fəallıqları ilə seçiliblər. Ağçay seçiciləri son 5 il ərzində Azər Kərimlinin fəaliyyətindən razı qaldıqlarını və onu dəstəkləyəcəklərini bildiriblər. Azər Kərimlinin seçicilərlə növbəti görüşü Zəyəm kəndinə baş tutub. Burada da seçicilər fəallıq nümayiş etdiriblər. Çıxış edənlər Azər Kərimlinin faliyyətinə müsbət yanaşdıqlarını, ona səs verəcəklərini deyiblər. Deputatlığa namizədin ən maraqlı görüşlərindən biri də gürcü əsilli Azərbaycan vətəndaşlarının sıx yaşadlğı Əlibəyli kəndində keçirilıib. Azər Kərimlini xüsusi ehtiramla və qonaqpərvərliklə qarşılayan kənd sakinləri onun haqqında yayılan təxribat xarakterli sifarişli məlumatlardan hiddətləndiklərini, bu məlumatları, eyni zamanda Əlibəyli kəndinin yüksək insani keyfiyyətlərə malik, qonaqpərvər sakinlərinin təhqir olunması kimi qiymətləndirdiklərini bildiriblər. Kənd sakinləri belə təxribat xarakterli, əsassız məlumatları yayanların cəzalandırılması üçün hüquqi addımların atılmasını tələb ediblər. Əlibəyli kəndinin seçiciləri öz çıxışları zamanı Azər Kərimlinin fəaliyyətindən razı qaldıqlarını, onun kəndin problemlərinə hər zaman diqqətlə yanaşdığını qeyd ediblər. Azər Kərimlinin kənddə artezian quyusunun qazılmasına göstərdiyi dəstək, Əlibəylini sel basdığı zaman Azər Kərimlinin dərhal kəndə gəldiyini, onlarla bərabər, lilin, palçığın içində evlərə baxış keçirdiyini, çətin anlarda seçicilərini heç vaxt tək buraxmadığını vurğulayıblar. Azər Kərimli Əlibəyli seçicilərinə öz təşəkkürünü bildirib və qeyd edib ki, ona göstərilən diqqət və verilən dəstək haqqında yayılan təxribat xarakterli məlumatlara ən gözəl cavabdır.
Görüşdən sonra kənd ağsaqqalı Elisto Asamazaşvili Azər Kərimlini və onun səlahiyyətli nümayəndəsini evinə qonaq dəvət edib. Asamazaşvilinin evində deputatlığa namizədi gürcü ənənəsilə qarşılayıblar. Azər Kərimli Əlibəyli kəndinin Azərbaycanın multukultral ənənələrini yaşadan önəmli məkanlardan biri olduğunu, ölkəmizin və onun ayrılmaz bir parçası olan Qax rayonunun milli və dini tolerantlıq sahəsində dünyaya nümunə olmasından qürur duyduğunu bildirib.
Rövşən Rəsulov