PDF Oxu

Siyasət

  • 29

Binəqədililərin seçimi partiyanın namizədi Kamaləddin Qafarovdur

Binəqədililərin seçimi partiyanın namizədi Kamaləddin Qafarovdur

Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası uğurla davam etməkdədir. Kampaniya çərçivəsində YAP tərəfindən 9 saylı Binəqədi rayon İkinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Qafarov Kamaləddin Nəsrəddin oğlunun Xutor yaşayış massivində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov bu yaşayış massivində 10 minə yaxın vətəndaşın yaşadığını və onlardan 6000-ə yaxın vətəndaşın səsvermə hüququna malik olduğunu bildirib. Səsvermə hüququna malik insanların seçkilərdə fəal iştirak etmələrinin vacibliyini önə çəkib. Bu ilin 1 noyabr tarixində Milli Məclisə keçiriləcək seçkilərdə onların rəyinin önəmliyini vurğulayıb. R.Göyüşov Kamaləddin Qafarov haqqında danışaraq, onun fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verərək bildirib ki, K.Qafarov savadlı, intellektual, olduqca məsuliyyətli və təmkinli, böyük nüfuz sahibi olan bir şəxsdir. Hətta o, respublikada səhiyyə təşkilatçısı kimi tanınır. R.Göyüşov YAP-ın ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazandığını bildirərək, bu dəfə parlament seçkilərində də partiyanın qələbəsinə şübhə etmədiyini diqqətə çatdırıb. O, bütün Xutor seçicilərinə müraciət edərək, Kamaləddin Qafarova səs verməyə çağırıb.

R.Göyüşov 2010-cu ildə partiyanın 72 yerlə parlamentdə təmsil olunduğu halda, növbəti seçkilərdə isə səs çoxluğu ilə bu sayı ötəcəyini bildirərək, partiyanın inamlı qələbəsinə tam əminliyini bildirib, partiyanın namizədlərinə uğurlar arzulayıb.

Görüşdə çıxış edən Kamalədin Qafarov seçicilərinə özü haqqında qısa məlumat verdikdən sonra ölkəmizin taleyüklü məsələlərinin həllində daim dövlətimizin mövqeyindən çıxış edən Cənubi Qafqazın ən böyük nüfuzlu partiyası olan, 670 mindən çox üzvü özündə birləşdirən YAP-ın parlament seçkilərində 116 namizədindən biri kimi təmsil olunmasından qürur duyduğunu vurğulayıb.

K.Qafarov namizədliyi irəli sürülən bu əraziyə yaxından bələd olduğunu, bu ərazidə problemlərin həllini gözləyən məsələlələrin də olduğunu qeyd edib. Seçicilərin etimadını qazanıb, millət vəkili seçiləcəyi təqdirdə, onların etimadını doğruldaraq, problemlərinin həlli istiqamətində işlər görəcəyini bildirib: "Əgər xalq mənə etimad göstərib məni seçibsə, mən də öz növbəmdə xalqın elçisi olaraq, onun etimadını doğrultmağa borcluyam".K.Qafarov parlament seçkilərinin xalqımızın həyatında mühüm rol oynadığına diqqət çəkərək, bütün seçicilərini səsvermədə aktiv olmağa və onun namizədliyini dəstəkləməyə çağırıb.

Görüşdə Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək, Kamaləddin Qafarovun seçicilərin yüksək səs çoxluğu ilə millət vəkili seçiləcəyinə inamını bildirdi və bütün seçiciləri ona səs verməyə dəvət etdi.

Xutor yaşayış massivində yaşayan seçicilərdən Salman Həsənli, Səfər Heydərov, Nazim Yusifov və YAP Binəqədi rayon təşkilatının fəal gənci Sahib Hacızadə və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyasının 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədi Kamaləddin Qafarovun layiqli namizəd olduğunu qeyd edərək, yekdilliklə ona səs verəcəklərini bildiriblər.

Görüşün sonunda Kamaləddin Qafarov seçicilərinin suallarını cavablandırıb və onların təkliflərini dinləyib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər