PDF Oxu

Siyasət

  • 23

Şəmsəddin Hacıyev Səbail rayonunun veteranları ilə görüşüb

Şəmsəddin Hacıyev Səbail rayonunun veteranları ilə görüşüb

Dünən 29 saylı Səbail Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hümmət oğlu Hacıyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşüb.

Şəhidlərimizin xatirəsinin yad edilməsindən sonra görüşü açan Səbail rayon veteranlar birliyinin sədri İ.Əliyev YAP-ın namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevlə bağlı məlumat verdi.

Tədbirdə çıxış edən deputatlığa namizəd Şəmsəddin Hacıyev görüş iştirakçılarına təşəkkürünü çatdırdı. Deputatlığa namizəd Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu bildirdi: "Siz Azərbaycanın ən dəyərli və hörmətəlayiq vətəndaşlarısınız. Dövlətimiz tərəfindən sizin sosial rifahınız yaxşılaşması və ehtiyaclarınızın qarşılanması indiyə kimi böyük işlər görülübdür. Əmin olun ki, dövlətimiz bundan sonra sizin yanınızda olacaq".

Şəmsəddin Hacıyev gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin yenə artırıldığını nəzərə çatdırdı: "Neftin qiyməti iki dəfə azalanda erməni mətbuatı sevincək yazırdı ki, Azərbaycan hərbi xərclərini azaldacaq. Amma, gəlirlərimizin azalmasına baxmayaraq 2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri yenə də artırılır. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin işğal olunmuş torpaqlarımızla bağlı nə dərəcədə prinsipial, güzəştsiz mövqedə olduğunu göstərir. Mən əminəm ki, sabah Ali Baş Komandan torpaqlarımızın azad olunması ilə bağlı döyüş əmri verdikdə, əsgərlərimizlə bərabər sizlər yenə də ön sıralarda olacaqsınız".

Azərbaycanın daha da inkişafı üçün yeni dövrün olacağını deyən Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının uğurlu siyasətini hər zaman dəstəklədiyini bildirərək hər kəsi seçki məntəqələrinə gəlməyə və öz səslərini verməklə bu dövlətə necə sadiq olduqlarını bir daha sübut edəcəklərini bir daha sübut etmiş olacaqlar: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra öz iqtisadi, siyasi inkişafı ilə dünyaya özünü layiqincə təqdim etdi".

Sonda Şəmsəddin Hacıyev həyat və fəaliyyəti ilə bağlı məlumat verdi və 1 noyabrda hamılıqla seçkilərə gələcəklərini və əminliklə YAP-ın namizədlərinə səs verəcəklərini bildirdi.

Görüşdə çıxış edən veteranlar Şəmsəddin Hacıyevə bu təbəqədən olan insaları xüsusi diqqətdə saxladığı üçün təşəkkürlərini bildirdələr. Qeyd etdilər ki, Səbail rayonnuda yaşayan müharibə veteranları, əlilləri və şəhid ailələri bu diqqəti yüksək qiymətləndirərək, Şəmsəddin Hacıyeva seçkidə uğurlar arzulayaraq, seçki günün hamılıqla ona səs verəcəklərini dedilər.

Görüşdə veterenları, əlilləri və şəhid ailələrini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər