Kamilə Əliyeva: "Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan ilbəil inkişaf edir və beynəlxalq müstəvidə öz mövqeyini möhkəmləndirir"
Dünən 111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Kamilə Əliyeva Danaçı və Uzunqazmalar kəndində seçicilərlə görüş keçirmişdir. 200-ə yaxın secicinin iştirak etdiyi görüşü açan YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov depudatlığa namizəd Kamilə Əliyevanın elmi, ictimai, siyasi fəaliyyəti haqqında görüş iştirakçılarına geniş və əhatəli məlumat vermişdir. Bildirmişdir ki, Kamilə Əliyeva millət vəkili olaraq 5 illik fəaliyyəti dövründə onu seçən, ona səs verən seçicilərlə daim ünsiyyətdə olmuş, onların problem və qayğıları ilə maraqlanmış, mövcud problemlərin həllinə yardımçı olmuşdur. Təşkilat sədri Habil Qurbanov Kamilə Əliyevanın Milli Məclisin üzvü olaraq qanunvericilik fəaliyyətinin də dövlətə və xalqa xidmət üzərində qurulduğunu bildirib: "Zaqatalalılar hər zaman dövlətə, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli siyasi varisi olan, ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevə sədaqətləri ilə seçilib. Bu baxımdan əminliklə demək olar ki, zaqatalalılar bu dəfə də fəaliyyəti dövlətciliyə xidmət üzərində qurulan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
Görüşdə cıxış edən depudatlığa namizəd Kamilə Əliyevə ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə qazandığı uğurlardan, əldə etdiyi siyasi nailiyyətdən danışıb, bu partiyanın nəinki Azərbaycanda, ümumiyyətlə Cənubi Qafqazada ən aparıcı, güclü və nufuzlu partiyası olduğunu qeyd edib: "Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı YAP xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Hakim partiya olaraq qarşıya qoyulan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu və xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir".
Kamilə Əliyeva Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 12 il ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlərdən, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasından danışıb. Bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan ilbəil inkişaf edir və beynəlxalq müstəvidə öz mövqeyini möhkəmləndirir. Depudatlığa namizəd inkişafa, tərəqqiyə, sülh və əmin-amanlığa xidmət edən bu siyasətin bundan sonra da davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Kamilə Əliyeva çıxışında deputat seçiləcəyi təqdirdə, etimadı doğruldacağına söz verib.
Çıxış edən kənd sakinləri seçimlərinin bu dəfə də dəyişməz olduğunu və Kamilə Əliyevaya səs verəcəklərini bildiriblər.
Görüş maraqlı müzakirələr, sual-cavab şəkilində başa çatıb.
Rövşən Rəsulov