Azər Kərimli: "Mənə göstərdiyiniz diqqət və verdiyiniz dəstək haqqımda yayılan təxribat xarakterli məlumatlara ən gözəl cavabdır"
112 saylı Qax Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülən Azər Kərimlinin seçicilərlə görüşləri davam edir. Deputatlığa namizəd növbəti görüşünü rayonun Ağçay kəndində keçirib. Görüşdə kənd sakinləri fəallıqları ilə seçiliblər. Ağçay seçiciləri son 5 il ərzində Azər Kərimlinin fəaliyyətindən razı qaldıqlarını və onu dəstəkləyəcəklərini bildiriblər. Azər Kərimlinin seçicilərlə növbəti görüşü Zəyəm kəndinə baş tutub. Burada da seçicilər fəallıq nümayiş etdiriblər. Çıxış edənlər Azər Kərimlinin faliyyətinə müsbət yanaşdıqlarını, ona səs verəcəklərini deyiblər. Deputatlığa namizədin ən maraqlı görüşlərindən biri də gürcü əsilli Azərbaycan vətəndaşlarının sıx yaşadlğı Əlibəyli kəndində keçirilıib. Azər Kərimlini xüsusi ehtiramla və qonaqpərvərliklə qarşılayan kənd sakinləri onun haqqında yayılan təxribat xarakterli sifarişli məlumatlardan hiddətləndiklərini, bu məlumatları, eyni zamanda Əlibəyli kəndinin yüksək insani keyfiyyətlərə malik, qonaqpərvər sakinlərinin təhqir olunması kimi qiymətləndirdiklərini bildiriblər. Kənd sakinləri belə təxribat xarakterli, əsassız məlumatları yayanların cəzalandırılması üçün hüquqi addımların atılmasını tələb ediblər. Əlibəyli kəndinin seçiciləri öz çıxışları zamanı Azər Kərimlinin fəaliyyətindən razı qaldıqlarını, onun kəndin problemlərinə hər zaman diqqətlə yanaşdığını qeyd ediblər. Azər Kərimlinin kənddə artezian quyusunun qazılmasına göstərdiyi dəstək, Əlibəylini sel basdığı zaman Azər Kərimlinin dərhal kəndə gəldiyini, onlarla bərabər, lilin, palçığın içində evlərə baxış keçirdiyini, çətin anlarda seçicilərini heç vaxt tək buraxmadığını vurğulayıblar. Azər Kərimli Əlibəyli seçicilərinə öz təşəkkürünü bildirib və qeyd edib ki, ona göstərilən diqqət və dəstək haqqında yayılan təxribat xarakterli məlumatlara ən gözəl cavabdır.
Görüşdən sonra kənd ağsaqqalı Elisto Asamazaşvili Azər Kərimlini və onun səlahiyyətli nümayəndəsini evinə qonaq dəvət edib. Asamazaşvilinin evində deputatlığa namizədi gürcü ənənəsilə qarşılayıblar. Azər Kərimli Əlibəyli kəndinin Azərbaycanın multukultral ənənələrini yaşadan önəmli məkanlardan biri olduğunu, ölkəmizin və onun ayrılmaz bir parçası olan Qax rayonunun milli və dini tolerantlıq sahəsində dünyaya nümunə olmasından qürur duyduğunu bildirib.
Depudatlığa namizəd Azər Kərimli Qaysarlı, Amanlı və Qıpçaq kəndlərində seçicilərlə görüş keçirib
Deputatlığa namizəd oktyabrın 22-də rayonun Almalı və Qıpçaq ərazi vahidlərində görüş keçirib. Almalı inzibati ərazi vahidində keçirilən görüşdə Dəymədağlı, Şıxlar və Almalı kəndlərindən olan seçicilər, Qıpçaq inzibati ərazi vahidində keçirilən görüşdə isə Qaysarlı, Amanlı və Qıpçaq kəndlərinin sakinləri iştirak ediblər.
Hər iki inzibati ərazi vahidində keçirilən görüş seçicilərin xüsusi fəallığı ilə müşaiyət olunub.
Çıxış edənlər Azər Kərimlinin fəaliyyətindən razı qaldıqlarını, onun seçicilərin problemlərinə hər zaman diqqətlə yanaşdığını, bu səbəbdən də ona səs verəcəklərini bildiriblər. Millət vəkili kimi fəaliyyətdə olduğu müddət ərzində daim seçicilərlə sıx ümsiyyətdə olduğunu bildirən Azər Kərimli Qax rayonunda görülən və bundan sonra görüləcək işlərdən danışıb, seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə təqdim edib, onları maraqlandıran sualları cavablandırıb. Azər Kərimli, eyni zamanda son 5 il ərzində Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının sədri kimi gördüyü işlər barədə də seçicilərə ətraflı məlumat verib. Azər Kərimli Qaxda keçirilən beynəlxalq multikulturalizm konfransının, Qax rayonunun və bütövlükdə Azərbaycanın tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edən "Qax Kürmük Oba bayramı" filminin ölkədən kənarda yaratdığı təəssüratdan, Qax rayonu ilə İtaliyanın Bormio şəhərinin qardaşlaşması ilə bağlı imzalanan protokolun əhəmiyyətindən, Azərbaycan-İtaliya Assosiasiyasının təsis etdiyi "Via della Seta" (İpək yolu) jurnalından söhbət açıb.
Deputatlığa namizəd qeyd edib ki, Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan-İtaliya Assosiasiyası və "Via della Seta" jurnalı ölkəmizin sabit və davamlı inkişafı, tariximiz, mədəniyyətimiz və ənənələrimizin təbliği sahəsində yürüdülən dövlət siyasətinin dəstəklənməsi istiqamətində bir sıra uğurlu layihələrə imza atıb və bu proses bundan sonra da daha intensiv şəkildə davam etdiriləcək.
Rövşən Rəsulov