PDF Oxu

Siyasət

  • 16

Cəlilabadlılar Malik Həsənova səs verəcəklər

Cəlilabadlılar Malik Həsənova səs verəcəklər

YAP tərəfindən 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizədi Malik Əvəz oğlu Həsənovun rayonun Muğan, Cəlayir və Şorbaçı kəndlərində seçicilərlə görüşü keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizədi Malik Əvəz oğlu Həsənovun rayonun Muğan, Cəlayir və Şorbaçı kəndlərində seçicilərlə görüşü keçirilib.

YAP Cəlillabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı çıxış edərək ölkəmizdə baş verən inkişaf, həyata keçirilən siyasətin müxtəlif sahələr üzrə uğurları, YAP-ın regionun və Azərbaycanın ən böyük siyasi təşkilatı olaraq bu inkişaf prosesinə töhfələri, qarşıdan gələn parlament seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda əhəmiyyəti barədə danışıb, seçicilərə YAP-ın 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən deputatlığa namizədi Malik Əvəz oğlu Həsənovun fəaliyyəti haqqında məlumat verib və cəlilabadlıların birmənalı olaraq Yeni Azərbaycan Partiyasının irəli sürmüş olduğu namizədə dəstək olacağını əminliklə söyləyib.

Tədbirdə çıxış edən namizədin vəkili Cahangir Muradov rayonda yeni yolların çəkilişi, tikinti-quruculuq və abadalıq işlərin görülməsində Yeni Azərbaycan Partiyasının namizədi Malik Həsənovun da xidmətləri olduğunu bildirib və bütün seçiciləri qarşıdan gələn parlament seçkilərində Malik Həsənova səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər Seçki Dairəsi üzrə namizədi Malik Həsənov Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlər, ölkəmizin ildən-ilə qüdrətinin artması, regionların sosial-iqtisadi inkişafı barədə məlumat verib, YAP-ın Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində əvəzsiz töhfələrini vurğulayıb. Millət vəkilliyinə namizəd Malik Həsənov, həmçinin seçicilərin etimadını qazanaraq növbəti dəfə Milli Məclisə seçiləcəyi təqdirdə, görəcəyi işlər, diqqət ayıracağı əsas məsələlərlə bağlı da seçicilərə ətraflı məlumat verib. Həmçinin, cəlilabadlıları noyabrın 1-də keçiriləcək seçkilərdə daha aktiv olmağa və ona səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən kənd sakinlərindən Muğan kəndinin seçicilərindən Teybə Nəsirova, Kamran Sadıqov, Saleh Həsənov, Həmzəxan Məhərrəmov, Cəlayır kəndinin seçicilərindən Ağalar Əliyev, Dilavər Cəfərov, Abdul Məstəliyev, Əzizulla Aslanov, Əlisehran Rzayev, Şorbaçı kəndinin seçicilərindən Ağalar Abbasov, Sarxan Həsənov, Mirzəağa Dövlətov, Əlişir Aslanov, Günel Məmmədova və başqaları YAP-ın namizədi Malik Əvəz oğlu Həsənovun ötən deputatığı dövrünü yüksək qiymətləndirərək, 1 noyabrda keçiriləcək seçkilərdə mütləq şəkildə ona səs verəcəklərini bildiriblər.

Görüşün sonunda seçicilər öz istək və arzularını, təkliflərini səsləndiriblər.

R.KAMALQIZI

Digər xəbərlər