"Avropa İttifaqının Azərbaycan siyasətinin bir məqamı ikili standartın açıq göstəricisidir".
Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb. /Trend/
N.Məmmədov qeyd edib: "Necə olur ki, İsveçrə və Aİ-nin şirkət və nümayəndələrinin işğal olunmuş Dağlıq Qarabağda işləmələrinin qarşısını almırlar. Amma Cənubi Osetiyada, Abxaziyada və digər yerlərdə onlar işləmirlər".
yap.org.az