PDF Oxu

Siyasət

  • 33

Hikmət Babaoğlu: “Onun fəaliyyəti qanunlarla tənzimlənməlidir” AÇIQLAMA

Hikmət Babaoğlu: “Onun fəaliyyəti qanunlarla tənzimlənməlidir” AÇIQLAMA

"Azərbaycan saatı" və "Meydan" TV-nin Azərbaycan qanunlarına ziddi olaraq təbliğat aparması və fəaliyyət göstərməsi nəinki jurnalistika qaydalarına, eləcə də hüquqa zidd hadisədir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputatlığa namizəd Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, informasiya cəmiyyətin bütün sferalarına - sosial, siyasi, iqtisadi, mənəvi və s. təsir etmək imkanına sahib olduğu üçün, mütləq onun fəaliyyəti qanunlarla tənzimlənməlidir: "İnformasiya hər bir dövlətin özünün qanunverici orqanlarının tələblərinə uyğun şəkildə tənzimlənməlidir. Azərbaycandan kənarda yerləşib, ölkəmizin daxili informasiya məkanına müdaxilələrin edilməsi konkret hüquq pozuntusudur. Bu, peşəkar jurnalistika əxlaqı, mənəviyyatı ilə uyğun gəlmir. Ona görə də belə hallara qarşı konkret milli cəmiyyətin bütöv sistemi mübarizə aparmalıdır".

sia.az

Digər xəbərlər