"Fransalı siyasətçilərin tez-tez Dağlıq Qarabağa səfər etmələri bu ölkənin əlaltından qondarma respublikanı müdafiə etdiyini göstərir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.Politoloq bildirib ki, Parisdə Qeyri Hökumət Təşkilatları adı altında qondarma respublikanın nümayəndəliyi də açılıb: "Bir-birinin ardınca Dağlıq Qarabağa fransalı deputatlar, müğənnilər, idmançılar səfər edir, xeyriyyə marafonları keçirirlər. Onlar addımbaşı həmsədr dövlət kimi Dağlıq Qarabağa dair öz üzərilərinə düşən vəzifələri pozurlar. Azərbaycan tərəfi bunun qarşısını almaq üçün bu məsələnin ya ATƏT-də, ya da BMT-də qaldırmalıdır. Həmçinin Fransaya nota da verməlidir. Fransaya əgər notadan nəticə çıxarmazsa onları ATƏT və ya BMT-yə şikayət etməlidir. Bir sözlə məsələnin həll olunması üçün Azərbaycan tərəfi bununla köklü surətdə məşğul olmalıdır".
sia.az