PDF Oxu

Siyasət

  • 28

Masallıların qərarı dəyişməzdir

Masallıların qərarı dəyişməzdir

Seçicilər bu dəfə də YAP-ın namizədi Nəriman Əliyevə səs verəcəklər

Deputatlığa namizəd Nəriman Əlibala oğlu Əliyevin seçicilərlə görüşü davam edir. Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əliyev Nəriman Əlibala oğlunun Masallı rayonu Xırmandalı kəndində seçicilərlə növbəti görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev Prezident Cənab İlham Əliyevin rəhbərliyilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirdi. S.Əliyev, həmçinin son illər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdığını, iqtisadi inkişafın əldə olunduğunu diqqətə çatdırdı və Xırmandalı ərazi sakinlərini yenə də düzgün seçim edərək, YAP-ın namizədinə səs verməyə çağırdı. S.Əliyev, həmçinin YAP-ın namizədi Nəriman Əlibala oğlu Əliyevin həyat və fəaliyyətilə bağlı seçicilərə geniş və əhatəli məlumat verdi.

Görüşdə çıxış edən Xırmandalı kənd sakinləri Əlman Hüseynov, müəllim Adıgözəl Kərimov, YAP Masallı rayon Seçki Qərargahının üzvü Ələşrəf Niftiyev və başqaları depudatlığa namizəd Nəriman Əliyevin Milli Məclisdəki fəaliyyətindən, seçicilərlə əlaqələrindən geniş söz açdılar. Seçicilər deputatlığa namizədlə qarşılıqlı, əlaqələrindən razı qaldıqlarını ölkəmizdə aparılan böyük işlərdən və qarşıda duran vəzifələrdən danışaraq seçiciləri bir daha YAP-ın namizədinə səs verməyə çağırdılar.

Depudatlığa namizəd Nəriman Əliyev seçicilər qarşısında çıxış edərək ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin təntənəsindən, Prezident İlham Əliyevin rəhbərliyilə ölkə daxilində və beynəlxalq aləmdə qazanılan böyük uğurlardan, həmçinin bölgələrdə, o cümlədən Masallı rayonunda aparılan genişmiqyaslı işlərdən söz açdı: "Bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və zəngin dövlətçilik təcrübəsi dayanır. Bizim birliyimiz bu müqəddəs amallara xidmət etməli, hamıya nümunə olmalıdır".

Sonda deputatlığa namizəd Nəriman Əliyev ilə seçicilər arasında fikir mübadiləsi aparılıb.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər