PDF Oxu

Siyasət

  • 36

Rauf Əliyev növbəti görüşünü səhiyyə işçiləri ilə keçirib

Rauf Əliyev növbəti görüşünü səhiyyə işçiləri ilə keçirib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi üzrə Milli Məclisə namizədliyi irəli sürülən Rauf Əliyevin səhiyyə işçiləri ilə görüşü keçirilib. YAP Xəzər rayon təşkilatının inzibati binasında baş tutan görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov YAP-ın bütün seçkilərə ciddi, məsuliyyətlə hazırlaşaraq qələbələrə nail olduğunu bildirib: "Çoxillik təcrübəmiz onu deməyə əsas verir ki, biz builki parlament seçkilərində də mütləq çoxluqla qələbə qazanacağıq. Ona görə ki, 1 noyabr parlament seçkilərinə layiqli namizədlərlə, ən başlıcası isə Ümummilli Lider Heydər Əliyevin ideyalarilə gedirik. Partiyanın Seçki Proqramından da göründüyü kimi, YAP-ın əsas məqsədi güclü dövlət qurmaq, insanların sosial həyat şəraitini daha da yüksəltməkdir. Ona görə də, bütün seçiciləri partiyanın irəli sürdüyü namizədlərə səs verməyə çağırıram.

Namiq Əhmədov, həmçinin onu da əlavə edib ki, Yeni Azərbaycan Partiyası bu dəfəki seçkilərdə də insanlar arasında, ictimaiyyət arasında hörməti olan namizədlərə üstünlük verib: "Rauf Əliyev də təşkilatçılığı, qabiliyyəti, siyasi fəaliyyətilə öz mövqeyini təsdiqləyən namizədlərdəndir. Sizlər həmişə xalqa dəstək verən, xalqın yanında olan Yeni Azərbaycan Partiyasına inamınızı, rəğbətinizi 1 noyabrda seçki məntəqələrinə yekdilliklə getməklə bildirəcəksiniz".

Görüşdə çıxış edən deputatlığa namizəd Rauf Əliyev seçiciləri qarşısında geniş və məzmunlu fikirlər söyləyib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın yüksək sosial rifahı naminə fəaliyyət göstərib və göstərməkdədir. Bu partiyanın ətrafında layiqli insanlar birləşiblər. Sonda Rauf Əliyev yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması haqqında geniş məlumat verıb. O da öz növbəsində Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də növbəti dəfə böyük, inamlı qələbə qazanacağına inandığını bildirib. Çıxış edən seçicilər, öz növbələrində keçən beş il ərzində Rauf Əliyevin qəsəbələrin sosial problemlərinin həllindəki rolunu yüksək qiymətləndiriblər.

Seçicilər onları narahat edən bir sıra problemləri namizədin diqqətinə çatdırıblar, təkliflər səsləndiriblər.

Görüş səmimi müzakirələrlə sona çatıb.

İntizarə Məmmədova

Digər xəbərlər