Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının Secki Qərargahının uzvləri 109 saylı Balakən Secki Darəsindən deputatlıga namizəd Nəsib Məhəməliyevin seçicilərlə görüşləri davam edir.
Növbəti görüş rayonun Qazma kəndində el ağsaqqalları ilə birlikdə şəhid Arif Əliyevin yaşadığı ərazidə keçirilib. Görüşdə çıxış edən namizədin səlahiyyətli nümayəndəsi, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev təbliğat kampaniyası müddətində keçirilən görüşlərlə bağlı, həmçinin deputatlığa namizəd Nəsib Məhəməliyevin həyat və fəaliyyəti barədə seçicilərə məlumat verib. A.Balayev ölkənin aparıcı və avanqard gücü olan Yeni Azərbaycan Partiyasının dövlət siyasətində oynadığı rolun çox önəmli olduğunu söyləyib: "Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu siyasət xalq tərəfindən dəstəklənir. Bu, həm də xalqın iqtidara olan inamının məntiqi nəticəsidir ki, Azərbaycan nəninki regionda, həmçinin beynəlxalq aləmdə söz sahibinə çevrilib. Bu baxımdan, YAP-ı təmsil edən deputatlarımız hər zaman fəallıqlarilə seçiliblər və bu seçkidə də hər bir seçicinin Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəyinə inanıram".
Görüşdə çıxış edən 109 saylı Balakən Secki Darəsindən deputatlıga namizəd Nəsib Məhəməliyev seçicilərə bildirib ki, millət vəkili ilk öncə məhz millətinin vəkili olmalı, bu adı, bu titulu qazanırsa, əldə edirsə, onun məsuliyyətini də dərk etməlidir: "Ona görə də dövlətinin, xalqının daha yaxşı rifahı üçün çalışmalı, bu işdə yorulmadan əzmkarlıq göstərməlidir. Söz yox ki, belə əhəmiyyətli faktorları hər zaman diqqətində saxlayan millət vəkili hər dəfə öz seçicilərinin qarşısına çıxarkən, bunu inamla, fərəhlə edir. Deputat həmçinin hər bir sakinin sosial-məişət və s. problemlərini öz problemi hesab etməli və onların həllinə çalışmalıdır. Çünki bu, bizim həm vəzifə, həm də vətəndaşlıq borcumuzdur".
Görüşdə rayon ağsaqqalı Haci Rəhim Bayramov, Vaqif Əliyev, Əhməd Əliyev və başqaları çıxış edərək deputatlığa namizəd Nəsib Məhəməliyev haqqında fikirlərini bildiriblər. Çıxış edənlər hamılıqla 1 noyabrda YAP-ın namizədi Nəsib Məhəməliyevə səs verəcəklərini söyləyiblər.
Sonda Nəsib Məhəməliyev seçicilərin təkliflərini dinləyərək, onları maraqlandıran sualları cavablandırıb.
RƏFİQƏ HÜSEYNOVA