PDF Oxu

Siyasət

  • 27

Xalq firəvan həyata səs verəcək

Xalq firəvan həyata səs verəcək

YAP tərəfindən 111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Kamilə Əliyeva Göyəm, Sumaylı, Dardoqqaz, Çökəkoba, Paşan və Mazıx kəndlərində seçicilərlə görüş keçirib

Dünən 111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Kamilə Əliyeva Göyəm, Sumaylı, Dardoqqaz, Çökəkoba, Paşan və Mazıx kəndlərində seçicilərlə görüş keçiribdir. Görüşdə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, seçki qərargahının üzvləri və yüzlərlə kənd sakinləri iştirak edib.

Görüşüdə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov rayon təşkilatının parlament seçkiləri ilə bağlı ümumi məlumat verib. Azərbaycanda növbəti parlament seçkilərinin də şəffaf və demokratik keçiriləcəyini vurğulayan H.Qurbanov hüquqi-demokratik dövlət quruculuğu prosesində seçkilərin əhəmiyyətindən danışıb. Bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi ənənsi qoyulmuşdur: "1993-cü ildən bu günə kimi Azərbaycanda keçirilən bələdiyyə, parlament və prezident seçkilərində xalqın seçimi Yeni Azərbaycan Partiyasını siyasi- ideoloji kursunun dəstəklənməsi olub. Bu, nöqteyi-nəzərdən də əminliklə demək olar ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində də xalqın seçimi dəyişməyəcək. Seçicilər sosial-iqtisadi inkişafın davam etdirilməsi, demokratik proeseslərin sürətlənməsi üçün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və ölkə Prezidenti İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən şəxsləri dəstəkləyəcəklər".

H.Qurbanov, həmçinin deputatlığa namizəd Kamilə Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib.

Görüşdə çıxış edən YAP tərəfindən 111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən namizədliyi irli sürülmüş Kamilə Əliyeva ölkəmizin inkişafında əldə olunan uğurlardan bəhs edib. Kamilə Əliyeva bildirib ki, bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır: "Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilir. Son 12 il respublikamızın iqtisadi, sosial, siyasi, elmi və humanitar həyatında mühüm tarixi hadisələrlə zəngin olub. Bütün qazanılan bu nailiyyətlər ölkə Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. Ölkəmizdə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir".

Kamil Əliyeva zaqatalalıları seçki günü fəallıq nümayiş etdirməyə və ən layiqli namizədlərə - YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən kənd sakinlərindən Nadir Qədirov, Həfsət Məmmədova Həfsət, Havva Mamiyeva, Rəcəb Abdullayev və başqaları seçimlərinin bu dəfə də dəyişməz olduğunu və Kamilə Əliyevaya səs verəcəklərini bildiriblər.

R.KAMALQIZI

Digər xəbərlər