PDF Oxu

Siyasət

  • 39

Yeni Azərbaycanla qələbəyə doğru

Yeni Azərbaycanla qələbəyə doğru

Şabran sakinlərinin seçimi YAP-ın namizədi Tahir Süleymanovdur

1 noyabr parlament seçkilərində 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Tahir Süleyman oğlu Süleymanovun Şabran rayonunu Su-Kanal İdarəsinin iclas zalında Dəvəçi kəndinin təsərrüfat işçiləri və gənclərilə görüş keçirib. 230 nəfər seçicinin iştirak etdiyi görüşü namizədin səlahiyyətli nümayəndəsi, Şabran rayon təhkilatının sədri Mehdi Balabəyov Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanovun həyatı və fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib. M.Balabəyov bildirib ki, Şabran sakinləri Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov barəsində çox müsbət fikirdədirlər: "Tahir Süleyman oğlu Süleymanov millət vəkili olduğu illərdə verdiyi sözü əməli işlərilə yerinə yetirdiyi üçün bu gün də bir namizəd kimi, seçicilərin etimadını, rəğbətini qazana biləcəyinə əmindirlər. Çünki o, geniş həyat təcrübəsinə malik olmaqla yanaşı, həm də yüksək mədəniyyəti, xoş rəftarilə seçilir. Seçicilər bunu çox yüksək qiymətləndirirlər".

Deputatlığa namizəd Tahir Süleymanov çıxışı əsnasında keçirilən görüşlərdə seçicilərin kütləvi iştirakından məmnun qaldığını bildirib. O, qeyd edib ki, bu seçkidə inamlı qələbə əldə edəcəyinə inanır: "Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərdən biri kimi, üzərimə düşən məsuliyyəti çox yaxşı dərk edirəm. Növbəti dəfə millət vəkili seçiləcəyim təqdirdə, partiyanın seçki platformasında nəzərdə tutduğum hədəflərə çatmaq üçün lazımi səy göstərəcək, ləyaqətlə çalışacağam".

Deputatlığa namizəd görüşdə seçicilərin yüksək fəallığından razı qaldığını deyib. O, parlament seçkiləri ərəfəsində seçicilərlə hər bir namizəd arasında fəal ünsiyyətin, ciddi müzakirələrin çox vacib olduğunu söyləyib.

Seçicilər namizədin çıxışını böyük maraqla dinləyiblər. Onlar Milli Məclis üzvlüyünə namizəd Tahir Süleyman oğlu Süleymanovun onların etimadını doğruldacağına əmin olduqlarını, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində məhz Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.

Görüş deputatlığa namizədlə seçicilər arasında səmimi söhbətlə başa çatıb.

R.KAMALQIZI

Digər xəbərlər