PDF Oxu

Siyasət

  • 37

Mübariz Əhmədoğlu: “Həmsədrlər ermənilərin təklifini dəstəkləyirlər” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Həmsədrlər ermənilərin təklifini dəstəkləyirlər” AÇIQLAMA

"Bu gün ən aktual məsələ ATƏT-in Minsk qrupu həmsədrlərinin özü, fəaliyyəti ilə bağlıdır. Həmsədrlər mövzudan və obyektiv vasitəçilikdən çox uzaqlaşıblar. Onlar ilk olaraq mövzunu, yaranmış reallığı izləməlidirlər ki, burada nə baş verir. Daha sonra həmsədrlər obyektiv vasitəçilik vərdişinə yiyələnməlidir. Bu mənada hesab edirəm ki, hələ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə çox var". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, bu gün Azərbaycanın etimad tədbiri üçün 4 təşəbbüsü var. Bunlar işğal olunmuş ərazilərdən qouşunların çıxarılmasıdır, məzarlıqların ziyarət olunmasıdır, itkin düşənlərin siyahısının dəqiqləşdirilməsidir, Dağlıq Qarabağ erməniləri ilə DQ azərbaycanlılarının dialoqudur. Həmsədrlər bu 4 təklifə reaksiya vermir. Ermənistan tərəfi deyir ki, qoşunların təmas xəttində hökmən nəzarət mexanizmi qurulmalıdır. Axı Ermənistan qoşunlarının Azərbaycan ərazisində nə işi var? ATƏT həmsədrləri ermənilərin bu cür beynəlxalq hüquqa zidd təklifini dəstəkləyirlər. Rəsmi İrəvanın təklifinin reallaşması çox vaxt aparmaqla bərabər, eyni zamanda çoxlu pul tələb edir. Azərbaycanın dəstəklədiyi tələblər isə demək olar ki, vəsait tələb etmir. Görün, ATƏT Minsk qrupunun həmsədrləri nə qədər reallıqdan uzaqdırlar".M.Əhmədoğlu əlavə edib ki, bu gün artıq tərəflər bir-birinə raket artırlar: "Raketin atıldığı yeri müəyyən etmək üçün xüsusi qurğular qurulmalı və tədbirlər görülməlidir. Birinci növbədə, BMT-də və yaxud ATƏT-də qurum yaradılmalıdır ki, həmsədrlərə dərs keçilsin, onları savadlandırsın. Beləcə onlara həm regiondakı vəziyyət, həm də obyetiv vasitəçilik öyrədilsin. Məhz bundan sonra həmsədlər prezidentlərin görüşü ilə bağlı təklif irəli sürə bilərlər".Qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayır. Həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) bu gün Ermənistana səfər edəcəklər.Görüş zamanı onlar Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüş keçirməyi planlaşdırırlar. Daha sonra həmsədrlər Dağlıq Qarabağa səfər edəcəklər. Vasitəçilər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər.

sia,az

Digər xəbərlər