PDF Oxu

Siyasət

  • 29

Deputatlığa namizəd Tahir Süleymanov Siyəzən rayonunun səhiyyə işçiləri və gənclərlə görüş keçirib

Deputatlığa namizəd Tahir Süleymanov Siyəzən rayonunun səhiyyə işçiləri və gənclərlə görüş keçirib

54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin seçiciləri YAP-ın namizədini dəstəkləyir

Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədi Tahir Süleyman oğlu Süleymanovun təşviqatilə əlaqədar Siyəzən rayonunun səhiyyə işçiləri və gənclərlə görüşü keçirilib. Bu görüşlərə, ümumilikdə 150 nəfərdən çox seçici qatılıb.

YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov seçicilərə deputatlığa namizəd Tahir Süleymanovun fəaliyyəti barədə ətraflı məlumat verib. O, 1 noyabr parlament seçkilərilə bağlı təbliğat-təşviqat kampaniyasının uğurla həyata keçirildiyini vurğulayıb. E.Heydərov seçicilərin Tahir Süleymanovun millət vəkili kimi, son beşillik fəaliyyətindən razı qaldıqlarını, yenidən millət vəkili seçiləcəyi təqdirdə, ona göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu bildirib: "Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün seçkilərdə böyük, inamlı qələbə qazanıb. Partiyamız azad, şəffaf, demokratik rəqabət şəraitində seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanmağa qadir olduğunu dəfələrlə sübut edib. Yeni Azərbaycan Partiyası xalqa güvənən, qüdrətli siyasi təşkilat kimi xalqın böyük etibarını, rəğbətini qazanıb, ona bəslənilən ümidləri yüksək səviyyədə doğruldub".

Seçicilər qarşısında çıxış edən Tahir Süleymanov regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılması nəticəsində Azərbaycanın hər bir yaşayış məntəqəsinin sürətlə inkişaf etdiyini qeyd edib. Milli Məclis deputatlığına namizəd ölkədə qeyri-neft sektorunun, aqrar sahənin inkişafına böyük diqqət göstərildiyini vurğulayıb. Tahir Süleymanov Milli Məclisin üzvü kimi, ötən beşillik fəaliyyətinin yüksək dəyərləndirilməsinə görə, seçicilərinə təşəkkür edib. O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını bildirib.

Tahir Süleymanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində növbəti dəfə böyük, inamlı qələbə qazanacağına əmindir. Milli Məclis deputatlığına namizəd çıxışı əsnasında, yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə seçicilərə dolğun, ətraflı məlumat verib. Deputatlığa namizəd T.Süleymanov parlament seçkilərində namizədi olduğu partiyanın amalının "Yüksək hədəfə doğru" olduğunu vurğulayıb, belə bir şüarın təbliğat-təşviqat kampaniyasında başlıca hədəf kimi seçilməsinin partiyanın ali məramı, ülvi məqsədlərilə bağlı olduğunu bildirib.

Sonda deputatlığa namizəd Tahir Süleymanov seçiciləri maraqlandıran sualları cavablandırıb.

R.HÜSEYNOVA

Digər xəbərlər