PDF Oxu

Siyasət

  • 39

Qəbələlilər işıqlı gələcəyə səs verirlər

Qəbələlilər işıqlı gələcəyə səs verirlər

116 saylı Qəbələ Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Fəttah Heydərov rayonun mədəniyyət və incəsənət işçiləri, eyni zamanda Çuxur Qəbələ kəndinin seçicilərilə görüşdü. Hər iki görüşü YAP Mərkəzi Seçki Qərərgahının Qəbələ rayonu üzrə səlahiyyətli nümayəndəsi Abil Ağasəfov açaraq deputatlığa namizəd Fəttah Heydərovun həyat və fəaliyyəti haqqında seçicilərə geniş məlumart verdi.

Görüşdə deputatlığa namizədin vəkilləri Qüdrət Səmədov, Telman Abduxalıqov və Aslan Cəlilov Fəttah Heydərovun əvvəlki 5 il ərzində olan deputatlığı dövründə rayonda gördüyü işlərdən ətraflı danışdılar. Görüşdə çıxış edən mədəniyyət işçilərindən Çimnaz Mürzəfərova, Bəhruz Şərifov, Ləman Əzəmmədova, Zahir Aslanov, Çuxur Qəbələ kəndinin seçicilərindən Namizəd Cavadov, Gülsurə Məmmədova və Əliyusib Yusibov Fəttah Heydərovun rayon əhalisinə göstərdiyi qayğıdan danışdılar, onun Respublika Ağsaqallar Şurasının sədri kimi xeyriyyəçi bir insan olduğunu bildirdilər. Bütün bu görülən işlərə görə ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlıq etdilər. Seçicilərin hər biri çıxışlarında qarşıdan gələn 1 noyabr seçkilərində layiqli namizəd Fəttah Heydərova səs verəcəklərini bildirdilər.

Deputatlığa namizəd Fəttah Heydərov seçiciləri salamlayaraq onun görüşünə gəldikləri üçün təşəkkürünü bildirdi. O, Qəbələ rayonunda gedən quruculuq-abadlıq işlərindən danışaraq bildirib ki, əldə edilən hər bir nailiyyətin əsasında Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamı dayanır. Əsası Ümummilli Lider tərəfindən qoyulan bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman respublikamızda vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir. Fəttah Heydərov dünyada iqtisadi böhranın getdiyi bir zamanda ölkəmizdə iqtisadi stabilliyin olduğunu qeyd etdi və respublikamızda inkişafın dinamik xarakter daşıdığını bildirdi. O, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsini vurğuladı. Eyni zamanda deputatlığa namizəd Fəttah Heydərov yaxın illərdə Qəbələ rayonunda nəzərdə tutulan genişmiqyaslı işlərdən və planlardan danışdı.

Tədbirin sonunda deputatlığa namizəd Fəttah Heydərov seçiciləri qəbul etmiş və onların təkliflərini dinlədi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər