PDF Oxu

Siyasət

  • 30

Kəlbəcər dairə seçki komissiyası seçkilərə hazırdır

Kəlbəcər dairə seçki komissiyası seçkilərə hazırdır

Gəncədə salınmış qaçqın şəhərciyində fəaliyyət göstərən 123 saylı Kəlbəcər dairə seçki komissiyasında Milli Məclisə keçiriləcək seçkilərə ciddi hazırlıq işləri görülüb.Dairənin şəhərcikdəki mədəniyyət sarayında yerləşən 12 saylı məntəqəsində də seçkilərə hazırlıq işləri demək olar, başa çatıb. Seçki günü səsvermənin açıq, şəffaf və demokratik keçirilməsi üçün bütün işlər Seçki Məcəlləsinə uyğun vaxtında aparılıb.Məntəqənin sədri Nizami Əkbərov AZƏRTAC-a deyib ki, dəqiqləşdirmə aparıldıqdan sonra seçicilərin sayı 1490 nəfər müəyyənləşdirilib və siyahı tərtib edilərək məntəqədə asılıb. Seçki kabinələri, səsvermə qutuları hazır vəziyyətə gətirilib. Xəstə və əlil insanların səs verməsi üçün evlərə aparılacaq xüsusi səsvermə qutuları da hazırdır. Bildirişlərin paylanması da başa çatdırılıb. Deputatlığa namizədlərin hər birinə təbliğat və təşviqat aparmaq üçün bərabər şərait yaradılıb.N.Əkbərov qeyd edib ki, məntəqənin hər bir üzvü üzərinə düşən vəzifəni yaxşı dərk edərək seçkilərin demokratik və şəffaf keçməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

AZƏRTAC

Digər xəbərlər