Deputatlığa namizəd Turaclı, Marsan, Çüdüllü və Cəlayir kəndlərinin sakinlərilə bir araya gəlib
Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir. Deputatlığa namizəd rayonun daha 4 kəndində - Turaclı, Marsan, Çüdüllü və Cəlayir seçicilərlə görüş keçirib.
Görüş seçicilərin xüsusi fəallığilə müşaiyət olunub. Turaclı sakinləri Azər Kərimlinin ötən 5 il ərzində kəndin və seçicilərin problemlərinə diqqətlə və həssaslıqla yanaşdığını, millət vəkili kimi seçicilərin etimadını doğrultduğunu və bu səbəbdən də ona səs verəcəklərini bildiriblər.
Deputatlığa namizədin növbəti görüşü rayonun Marsan kəndində keçirilib. Görüşdə fəal iştirak edən kənd sakinləri Azər Kərimlinin son 5 il ərzində millət vəkili kimi göstərdiyi fəaliyyətdən razı qaldıqlarını deyiblər. Marsan kəndində əsas problemin içməli su ilə bağlı olduğunu bildirən seçicilər Azər Kərimlidən məsələnin müvafiq qurumlar qarşısında qaldırmasını istəyiblər. Deputatlığa namizəd daha öncə olduğu kimi bundan sonra da seçicilərin problemlərinə diqqətlə yanaşacağını, səlahiyyətləri çərçivəsində bu problemlərin həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Marsan seçiciləri 5 il öncə olduğu kimi yenə də Azər Kərimliyə güvəndiklərini və onu dəstəkləyəcəklərini qeyd ediblər.
Çüdüllü kəndində baş tutan görüşdə seçicilər deputatlığa namizəd Azər Kərimlini ötən 5 il ərzindəki fəaliyyətini diqqətlə izlədiklərini və razı qaldıqlarını deyiblər. Seçicilərin Çüdüllü kəndinin yolu və kəndə təbii qazın verilməsilə bağlı fikirlərini diqqətlə dinləyən deputatlığa namizəd, bu problemlərin həlli üçün müvafiq qurumlara müraciət edəcəyini və daha öncə olduğu kimi, onların problemlərinə bundan sonra da diqqətlə yanaşacağını dilə gətirib.
Cəlayir kəndində keçirilən görüşdə kəndin sakinləri Azər Kərimliyə onların problemlərinə hər zaman diqqətlə yanaşdığı və ona göstərilən etimadı doğrultduğu üçün minnətdarlıqlarını bildiriblər. Cəlayir sakinləri seçkilərdə fəal iştirak edəcəklərini və Azər Kərimliyə səs verəcəklərini deyiblər.
Görüşlərdə ötən 5 il ərzində daim seçicilərlə sıx ünsiyyətdə olduğunu bildirən Azər Kərimli Qax rayonunda görülən və bundan sonra görüləcək işlərdən danışıb, seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə təqdim edib, onları maraqlandıran sualları cavablandırıb.
R.HÜSEYNOVA