PDF Oxu

Siyasət

  • 33

Seçicilər Aytən Mustafayevanı dəstəkləyirlər

Seçicilər Aytən Mustafayevanı dəstəkləyirlər

Milli Məclisə deputatlığa növbəti dəfə namizəd, deputat Aytən Mustafayeva seçicilərlə növbəti görüşünü Yasamal rayon akademik Şəfaət Mehdiyev küçəsi 559-560 ünvanında keçirib. SİA-nın məlumatına görə, görüşdə namizədin səlahiyyətli nümayəndələri, ziyalılar, elm adamları da iştirak edib.

Deputatlığa namizədin vəkili Aidə Bəndəliyeva namizədin ictimai-siyasi fəaliyyəti, tərcümeyi-halı haqqında seçicilərə ətraflı məlumat verib. Bildirilib ki, Mustafayeva Aytən İnqlab qızı 16 saylı Yasamal ikinci Seçki Dairəsindən Milli Məclisə namizədliyini irəli sürüb: "Namizədimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktorudur. Mustafayeva Aytən İnqlab qızı 1968-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1975-1985-ci illərdə Bakı şəhəri 134 saylı orta məktəbi bitirdikdən sonra, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub. 1990-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirib".

Vurğulanıb ki, Aytən Mustafayeva bir alim kimi çox geniş və dərin potensiala malik ziyalıdır: "Mən çox istərdim ki, noyabrın 1-i 2015-ci il tarixində Milli Məclisə keçiriləcək seçkilərdə siz Yasamal rayon sakinləri seçki məntəqələrinə öz ailə üzvlərinizlə birlikdə səsvermək hüququna malik olan hər kəsi dəvət edəsiniz, onlarla birlikdə təmsil olunasınız və bu gün cəmiyyətimizdə ən nüfuzlu alimlərdən biri olan hörmətli ziyalı xanımımız Mustafayeva Aytən İnqlab qızına səs verəsiniz".

Deputatlığa namizəd Aytən Mustafayeva öz platforması haqqında danışıb və qeyd edib ki, platformada yazılanlar heç də boş vədlər deyil: "Söz verirəm ki, sizin problemlərinizin həlli üçün öz nüfuzumdan istifadə edərək məmurlara təzyiq etməyə hazıram. Onlarla bir yerdə bu problemlərin həllinə çalışmağa sizə söz verirəm. Bu gün mənim üçün əsas olan səhiyyə sistemindəki problemlərdir. Təbii ki, qanunlar qəbul oluna bilər, amma biz onların işlənməsinə nail olmalıyıq. Bunun üçün də çalışıram ki, səylər göstərim. İkincisi, əlillərlə bağlıdır. Onların şəhər həyatına inteqrasiyası məsələsidir. Yəni onların küçələrə çıxmaq, rahat hərəkət etmək imkanları olsun. Digər məsələ qida məhsullarının təhlükəsizliyidir. Son illər Azərbaycan bazarının tutan və çoxluq təşkil edən xarici mallardır. Onların arasında olan meyvələr, tərəvəzlər görürsən ki, həftələrlə qalır və korlanmlır. Təbii ki, onların genləri dəyişdirilmiş meyvə və tərəvəzlərdir".

A.Mustafayeva deputat seçiləcəyi təqdirdə, seçicilərinin maraqlarını müdafiə edəcəyini, yadşayış məntəqələrində olan problemlərin yuxarı orqanlar qarşısında məsələlər qaldırmaqla həll olunmasına çalışacağını bildirib.

Deyilənləri dəstəkləyən seçicilər isə çıxış edərək noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə Mustafayeva Aytən İnqlab qızına səs verəcəklərini bəyan ediblər.

CEYHUN

Digər xəbərlər