Yeni Azərbaycan Partiyasından 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyevin seçicilərlə görüşü davam edir. Belə ki, onun seçicilərlə növbəti görüşləri Yeni Azərbaycan Partiyası Balakən rayon Seçki Qəragahının üzvləri deputatlığa namizəd Nəsib Məhəməliyevlə birlikdə rayonun Qarabağ əlilləri və şəhid ailələri ilə birlikdə Seçki Qərargahında görüş keçirilib. Rayon Seçki Qərargahının sədri Azad Balayev görüş iştirakçılarına rayonda yaşayan Qarabağ əlilləri, şəhid ailələri və onlara göstərilən imtiyazlar barəsində məlumat verib. Eyni zamanda, respublika Əhalinin Əmək və Sosial Müdafiəzi Nazirliyi tərəfindən göstərilən diqqət və qayğını möhtərəm Prezidentimizin həyata keçirdiyi sosial islahatların nəticəsi kimi qiymətləndirib.
Görüşdə Qarabağ əlilləri və şəhid ailələri adından cəmiyyətin sədri Sarvan Şibliyev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon təşkilatının üzvləri adından öz minnətdarlığını bildirib.
Qarabağ veteranı Şamil Qimriyev, Aydın Abdullayev çıxış edərək rayonda Qarabağ veteranları və şəhid ailələri daima diqqət mərkəzində olduğunu vurğulayıblar.
Deputatlığa namizəd Nəsib Məhəməliyev seçkilər ərəfəsində geniş çıxış edərək seçicilərin ona etimad göstərəcəyi təqdirdə, onların parlamentdə layiqli təmsilçisi olacağını qeyd edərək vətəndaşları seçki günündə fəal olmağa çağırıb.
Qeyd edək ki, YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevi oktyabrın 25-də Balakən rayonun Gürçüstanla sərhəd olan Poştbinə kəndinin seçiciləri ilə də görüşü keçirilib. Görüşdə YAP Balakən rayon təşkilatının və Seçki Qərargahının sədri Azad Balayev parlament ərəfəsində görülən işlərdən danışıb.
Görüşdə çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev səmimi görüş üçün kənd sakinlərinə öz minnətdarlığıni bildirib və deputat seçilərsə Poştbinə kəndinin problemlərinə yaxından kömək edəcəyini qeyd edib. Nəsib Məhəməliyev vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyasının ona göstərdiyi etimadı doğrultmaq üçün, ilk növbədə xalqın yanında olmalıdır: "Çünki YAP hakimiyyət-xalq birliyinin təcəssümüdür, xalqın partiyasıdır. Bizim namizədliyimizin partiya tərəfindən irəli sürülməsi sonradan görəcəyimiz işlərimizə stimul verir. Dövlət üçün, onun xalqı üçün çalışmaq fəxr və qürur mənbəyimizdir. Çünki seçiləcək hər bir millət vəkili ilk öncə, öz seçiciləri, daha sonra isə partiya qarşısında öz hesabatını verməlidir. Ona görə də hər bir seçicini məhz YAP-ın namizədinə səs verməyə dəvət edirəm".
RƏFİQƏ HÜSEYNOVA