PDF Oxu

Siyasət

  • 31

Potensial qüvvə sayılan sağlam gənclik YAP-ın ətrafında sıx birləşib

Potensial qüvvə sayılan sağlam gənclik YAP-ın ətrafında sıx birləşib

YAP Nəsimi rayon təşkilatı və rayon gənclər birliyinin təşkilatçılığilə "Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz" adlı futsal dostluq yarışması keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və rayon təşkilatının gənclər birliyi tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpası gününə həsr edilmiş "Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz" adlı futsal dostluq yarışması keçirilib. Yarışmada YAP Nəsimi rayon təşkilatının gənclər birliyinin 4 komandadan ibarət həvəskar futsalçıları I, II və III yerlər uğrunda dostluq yarışması nümayiş etdiriblər. Yarışda 500 nəfərdən çox YAP-ın fəal gəncləri və mikrorayon sakinləri tamaşaçı kimi iştirak edib.

Yarışmanın ilk oyununda YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı gənclərin bu təşəbbüsünün əhəmiyyətini qeyd edərək, ölkəmizdə Möhtərəm Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin çoxsaylı nailiyyətlərindən danışaraq xalqımızın bu nailiyyətləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Millət vəkili Məlahət İbrahimqızı ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik və eyni zamanda, potensial qüvvə sayılan sağlam gəncliyi öz sıralarına toplayan Yeni Azərbaycan Partiyasının gənclərin inkişaf perspektivlərini həmişə diqqətdə saxlamasından və Azərbaycan gəncliyinin önündə yeni üfüqlər açmasından da danışıb.

Yekun oyun oktyabrın 29-da keçiriləcək və qaliblər finalda YAP Nəsimi rayon təşkilatı tərəfindən mükafatlandırılacaqdır.

Qeyd edək ki, tədbir 20 Yanvar küçəsi 21b ünvanında yerləşən futbol meydançasında keçirilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər