Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 53 saylı Quba-Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa partiyanın namizədi Abramov Yevda Sasunoviçin oktyabr ayın 26-da rayonun Balaqusar və Xuray kənd seçiciləri ilə görüşləri keçirilib.
Görüşlərdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov çıxış edərək 1 noyabr tarixində ölkəmizdə parlament seçkilərinin keçiriləcəyinin vurğulayaraq, YAP-ın parlament seçkilərinə böyük resurslarla getdiyini bildirib. YAP tərəfindən irəli sürülən namizədlərin hər birinin layiqli, vətəninə, millətinə və dövlətinə sədaqətli insanlar olduğunu vurğulayaraq, partiyanın namizədi olan Abramov Yevda Sasunoviçin yüksək dəyərlərə malik layiqli namizəd olduğunu diqqətə çatdırıb. Seçiciləri seçkilərdə fəal iştirak etməyə, onlara verilən seçki hüququndan istifadə edərək, YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Seçicilərlə keçirilən tədbirlərdə Milli Məclisə namizəd Yevda Abramov özünün seçki platforması haqqında məlumat verərək 1 noyabrda keçiriləcək seçkilərdə daha fəal olmağı seçicilərə tövsiyə edib.
Görüşlərdə seçiciləri maraqlandıran suallara cavablar verilib.
Görüşlərdə seçicilər adından çıxış edən Didar Əhmədov, Babacan Zəkiyev, Nazilə Rzayeva və Cavid Qayitmazov birmənalı olaraq 1 noyabr tarixdə keçiriləcək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI