PDF Oxu

Siyasət

  • 53

Binəqədi seçiciləri YAP-ın namizədinə səs verəcəklər

Binəqədi seçiciləri YAP-ın namizədinə səs verəcəklər

Kamaləddin Qafarovun rayonun İlham Hacıyev küçəsində yaşayan seçicilərilə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası tərəfindən 9 saylı Binəqədi İkinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun rayonun İlham Hacıyev küçəsində yaşayan seçicilərilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, namizədin səlahiyyətli nümayəndəsi Ramiz Göyüşov açaraq YAP-ın yaranma tarixinə qısa nəzər salıb, ölkəmizin böyük sınaqlar qarşısında qaldığı vaxtda, çətin şəraitdə yarandığını bildirdi. Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası şərəfli yol keçərək bugünün və gələcəyin ən böyük partiyasına çevrilmişdir.

R.Göyüşov vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti, YAP-ın Sədri, Cənab İlham Əliyevin rəhbərliyilə Azərbaycan böyük inkişaf yolu keçərək, çoxsaylı uğurlu islahatlara nail olub. R.Göyüşov çıxışında qeyd edib ki, xalqın böyük inam və etibarını qazanan YAP müstəqillik illərində ölkəmizdə keçirilən prezident, parlament seçkilərində, o cümlədən, bələdiyyə seçkilərində, referendumda parlaq qələbə qazanıb və bu il keçiriləcək növbəti parlament seçkilərində də qələbə qazanması şübhəsizdir. Görüşdə çıxış edən deputatlığa Kamaləddin Qafarov həyat və fəaliyyəti haqqında seçicilərinə məlumat verərək bildirib ki, əmək fəaliyyətinə müxtəlif özəl sahələrdə başlayıb və 2014-cü ildən isə Milli Onkologiya Mərkəzinə baş direktorun müavini vəzifəsinə təyin olunub. K.Qafarov xalqımızın sevgisini qazanan, ümumxalq partiyası olan YAP-ın namizədi kimi ona etimad göstərildiyinə görə, qürur duyduğunu ifadə edib, partiya rəhbərliyinə minnətdarlığını bildirib: "Millət vəkili seçiləcəyim təqdirdə seçicilərimə ləyaqətlə xidmət edərək bu etimadı doğruldacağam. Seçicilərimə xidmət etmək böyük fəxr və qürurvericidir. Müasir dövrümüzdə Azərbaycan bütün regionları kimi, ölkəmizin bir parçası olan Binəqədi rayonu da sürətli inkişaf dövrünü yaşayır. Lakin buna baxmayaraq, əhalinin bir sıra problemləri hələ də qalmaqdadır. Binəqədi sakini olaraq bu problemlərdən məlumatlı olduğumdan, onların həlli istiqamətində böyük səy göstərəcəyəm". K.Qafarov çıxışının sonunda seçicilərinə müraciət edərək ona dəstək olmağa və seçkilərdə səs verməyə çağırdı.

YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı, Binəqədi rayon sakini Kubra Əliyarlı, Binəqədi rayon sakinləri Yadigar Abbasov və Aidə Mirzəyeva çıxış edərək Kamaləddin Qafarovun gənc ziyalı olaraq bütün etimadları doğruldacağına inandıqlarını bildiriblər. Bütün seçicilərə səslənərək seçkilərdə fəal iştirak etməyə və seçki məntəqələrinə gedərək Kamaləddin Qafarovun namizədliyini dəstəkləməyə çağırıblar.

Kamaləddin Qafarovu uzun müddət tanıyan, yaxın münasibətdə olan ATU-nun müəllimi Namiq Məmmədov çıxış edərək, onun özünəməxsus yüksək keyfiyyətlərindən söz açaraq, seçiciləri YAP-ın layiqli namizədi Kamaləddin Qafarova səs verməyə çağırıb.

Görüşün sonunda Kamaləddin Qafarov seçiciləri maraqlandıran sualları cavablandırıb.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər