PDF Oxu

Siyasət

  • 29

Aqiyə Naxçıvanlının seçkilərələ görüşləri davam edir

Aqiyə Naxçıvanlının seçkilərələ görüşləri davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) 1 noyabrda keçiriləcək parlament seçkilərilə bağlı təbliğat kampaniyası "Yeni hədəflərə doğru" şüarilə davam etdirilir. 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Aqiyə Həbib qızı Naxçıvanlının Oğuz rayonu Böyük Söyüdlü, Qarabulaq və Astarxanovka kəndindən olan seçicilərlə növbəti görüşü keçirilib.

193 nəfər seçicinin iştirak etdiyi görüşü YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq qeyd edib ki, Aqiyə Naxçıvanlının fəaliyyəti barədə məlumat verərək. Aqiyə Naxçıvanlı bir YAP-ı təmsil edən millət vəkili kimi ötən dövrdə üzərinə götürdüyü bütün öhdəlikləri şərəflə yerinə yetirib. Saleh Məhərəmov bütün seçiciləri YAP tərəfindən irəli sürülmüş Aqiyə Həbib qızı Naxçıvanlıya səs verməyə çağırdı.

Görüşdə deputatlığa namizəd Aqiyə Naxçıvanlının vəkilləri iqtisad elmlər namizədi Seyidməmməd Quliyev və Emin Əzimli çıxış ediblər. Çıxışlarda Aqiyə Naxçıvanlının fəaliyyəti haqda ətraflı danişıb və 1 noyabrda hər kəsi YAP namizədlərinə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilərdən Böyük Söyüdlü kənd sakini Səfxan İsrəfilov, Qarabulaq kənd sakini Sədrəddin Qarayev, Astarxanovka kənd sakini Fikrət Hüseynov və digərləri çıxış edərək deputata öz fikir və təkliflərini bildirdilər. 1 noyabrda keçirlən növbəti parlament seçkilərində də 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Aqiyə Həbib qızı Naxçıvanlıya dəstək verəcəklərini söylədilər.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər