PDF Oxu

Siyasət

  • 40

Qələbələr tarixinə növbəti səhifə yazılacaq

Qələbələr tarixinə növbəti səhifə yazılacaq

Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Tapdıq oğlu Abbaszadə Mingəçevir və Şəki şəhərində məskunlasan laçınlı seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərdə irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla və yüksək mütəşəkkilliklə davam edir. Kampaniya çərçivəsində növbəti görüş Mingəçevir və Şəki şəhərində yaşayan laçınlı seçicilərlə baş tutub. Seçicilər Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclisə namizədi Mahir Tapdıq oğlu Abbaszadəylə görüşə böyük maraqla və mütəşəkkilliklə toplaşıblar. Görüşü açıq elan edən Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Xaliq Musayev partiyanın namizədilə görüşə belə böyük maraq göstərdikləri üçün seçicilərə minnətdarlığını bildirib. O, daha sonra Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Abbaszadə haqqında seçicilərə məlumat verib.

Görüşdə rayon ağsaqqalları və ziyalıları Şakir Fərzəliyev, Yahya İbadov, İmran Rəcəbov, Qara Mahmudov, İxtiyar Həsənli, Fərəc Ədilov, Seyfəddin Əhmədov, Cahangir Məmmədov, Qüvvət Kazımov, Şərafət Şirinova, Nabat Cəfərova, Ramil Cəbrayılov, Möhbalı Abdullayev və başqaları çıxış edərək 121 Laçın Seçki Dairəsindən seçkilərdə ən şanslı namizəd - YAP-ın namizədi Mahir Abbaszadənin olduğunu vurğulayıblar. Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclisə namizədi Mahir Abbaszadə isə çıxışında onunla görüşə gəlmiş bütün seçicilərə təşəkkürünü bildirib. O, daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs Azərbaycana çox böyük uğurlar qazandırıb. Daha sonra millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barəsində də məlumat verən Mahir Abbaszadə deyib ki, millət vəkilinin ən əsas vəzifəsi ölkəmizin inkişafı üçün daha mütərəqqi, daha işlək qanunların qəbuluna çalışmasıdır: "Mən də bu sahədə fəal olacağam. Həmçinin, hər bir seçicimizin problemlərinə öz problemim kimi yanaşacaq, onların həllində səylərimi əsirgəməyəcəyəm. Mən inanıram ki, sizlərin xatirində, sözün həqiqi mənasında, yaxşı millət vəkili kimi qalacağam".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər