PDF Oxu

Siyasət

  • 33

Aytən Mustafayeva: “Belə görüşlərin heç bir nəticəsi olmayıb” AÇIQLAMA

Aytən Mustafayeva: “Belə görüşlərin heç bir nəticəsi olmayıb” AÇIQLAMA

"ATƏT-in baş katibi Lanberto Zanyerin yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün reallaşacağı ilə bağlı bəyanatı hələ ki sual altındadır". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva deyib.Onun sözlərinə görə, indiyədək belə görüşlərin heç bir nəticəsi olmayıb: "Bu görüşlər 20 ildir ki, mütəmadi olaraq keçirilir, amma təəssüflər olsun ki, heç bir nəticəyə gəlmək mümkün deyil. ATƏT-in bu təşəbbüsü düşünürəm ki, yalnız özünün nüfuzunu bir qədər qaldırmaq, işlədiyini göstərməyə hesablanıb. İnanmıram ki, ATƏT-in vasitəçiliyi ilə nəyəsə nail ola bilərik".Rəsmi Moskvanın hələ də Ermənistanın Dağlıq Qarabağı işğal etməsi faktını etiraf etməməsi məsələsinə də münasibət bildirən A.Mustafayeva deyib ki, vaxtilə Moskvanın özü bu işğal faktını dəstəkləyib: "İndi isə Rusiyanın hərbiçiləri, hərbi bazası orada yerləşir. Məhz buna görə də Rusiya indiyədək Ermənistana dəstək göstərir".

sia.az

Digər xəbərlər