PDF Oxu

Siyasət

  • 39

Astarada seçkilərə hazırlıq işləri uğurla yekunlaşıb

Astarada seçkilərə hazırlıq işləri uğurla yekunlaşıb

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Astara rayonunun ərazisində yerləşən 76 saylı Lənkəran-Astara və 77 saylı Astara seçki dairələrində hazırlıq işləri uğurla başa çatıb.AZƏRTAC xəbər verir ki, 76 saylı Lənkəran-Astara seçki dairəsinin ərazisində 45 məntəqə fəaliyyət göstərir. Dairə üzrə 37 min 624 nəfərin adı seçici siyahısına daxil edilib.77 saylı Astara seçki dairəsində isə 38 min 712 seçici 45 seçki məntəqəsində səs verəcək.Hər iki seçki dairəsinin seçki məntəqələrində səsvermənin azad, demokratik və şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb.77 saylı Astara seçki dairəsinin ərazisində, Astara şəhər Mədəniyyət Evində yerləşən 1 saylı seçki məntəqəsində görülən işlərlə maraqlanarkən, bunun bir daha şahidi olduq. Seçki məntəqəsində 1414 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 17 nəfəri ilk dəfə səs verəcək. Məntəqə zəruri olan bütün avadanlıqla təmin edilib. Seçki məntəqəsinin yerləşdiyi binanın qarşısındakı təşviqat lövhəsində deputatlığa namizədlərin şəkilləri və seçki platformaları, o cümlədən çağırış plakatları vurulub, ərazidə deputatlığa namizədlərin seçicilərlə görüşü ilə bağlı açıq və qapalı yerlər ayrılıb.Məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanov AZƏRTAC-a bildirib ki, seçki məntəqəsində hazırlıq işləri başa çatıb. Seçicilərin siyahısı dəqiqləşdirilib, onların səsvermədə iştirakını təmin etmək məqsədilə bildiriş vərəqələri paylanılıb.On iki nəfərin xəstəliyi ilə əlaqədar məntəqə seçki komissiyasına müraciət etdiyini deyən H.Ramazanov, onların evlərdə səs verəcəyini bildirib.

AZƏRTAC

Digər xəbərlər