PDF Oxu

Siyasət

  • 41

Namizəd Surra kəndində seçiciləri ilə görüşüb

Namizəd Surra kəndində seçiciləri ilə görüşüb

60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd İsmayıl Ağayev Neftçalanın Surra kəndinin Ferma adlanan ərazisində seçiciləri ilə növbəti görüşünü keçirib. SİA-nın məlumatına görə, İsmayıl Ağayev ilk öncə seçicilərə platforması haqqında məlumat verib. Daha sonra kənd sakinləri ilə səmimi söhbət edib. Kənd sakinləri bildiriblər: "Noyabrın 1-də rayonumuzun müqəddəratı həll olunacaq. Ona görə də biz vətən uğrunda vuruşan, xalqı düşünən birinə səs verməliyik. Qazımız yox, tibb məntəqəmiz yox, məktəblərimiz təmirsiz, iş yerləri yox, yollarımız bərbad haldadır. 10 ildir secib etimad etdiyimiz deputat bizi doğrultmadı. Ona görə də biz hamılıqla İsmayıl Ağayevə səs verəcəyik".Daha sonra İsmayıl Ağayev şəhid ailəsinə baş çəkib, şəhidin anasının yas mərasimində iştirak edib.

sia.az

Digər xəbərlər