PDF Oxu

Siyasət

  • 28

Seçkilərin demokratik və şəffaf keçməsi üçün hər bir şərait yaradılıb

Seçkilərin demokratik və şəffaf keçməsi üçün hər bir şərait yaradılıb

99 saylı Şəmkir kənd seçki dairəsində noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərinə hazırlıq işləri başa çatıb.Dairənin Çaparlı kənd orta məktəbində yerləşən 15 saylı seçki məntəqəsinin sədri Azər Məmmədov AZƏRTAC-a deyib ki, məntəqədə 1086 nəfər seçici qeydə alınıb. Onlardan 15 nəfəri ilk dəfə səs verənlər, 19 nəfər isə yaşı 80-i keçənlərdir. Seçicilərin tam şəffaf və demokratik şəraitdə səs verməsi üçün məntəqədə hər bir şərait yaradılıb. Məntəqənin yerləşdiyi bina fasiləsiz elektrik enerjisi, internet və digər zəruri avadanlıqlarla təmin edilib, seçki kabinələri quraşdırılıb. Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilən plakatlar məntəqədə və məntəqəyə yaxın ərazilərdə yerləşdirilib. Məntəqədə veb-kamera quraşdırılıb ki, bununla da hər bir şəxs seçki günü səsverməni onlayn izləmək imkanı əldə edib. Bundan başqa, namizədlərin təşviqat xarakterli materiallarının yerləşdirilməsi üçün də lövhələr quraşdırılıb. Bir sözlə, məntəqə noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə tam hazırdır.

AZƏRTAC

Digər xəbərlər