PDF Oxu

Siyasət

  • 20

Deputatlığa namizəd Fəttah Heydərov qəbələli gənclərlə görüşdü

Deputatlığa namizəd Fəttah Heydərov qəbələli gənclərlə görüşdü

Qəbələ rayonundan Azərbycan Respublikası Milli Məclisinin üzvlüyünə namizəd Fəttah Heydərov Qəbələ Otelçilik və Turizm üzrə peşə məktəbinin akt zalında rayonun gənc seçicilərilə görüş keçirib. Görüşü deputatın səlahiyyətli nümayəndəsi Abil Ağasəfov açaraq deputatlığa namizəd Fəttah Heydərovun tərcümeyi-halı və keçdiyi həyat yolu barədə gənc seçicilərə ətraflı məlumat verib. Tədbirdə namizədin vəkilləri Arifə Bayramova və Elçin Tağıyev çıxış edərək seçiciləri 1 noyabr parlament seçkilərində fəal olmağa və Milli Məclisin üzvlüyünə namizəd Fəttah Heydərova səs verməyə çağırdılar.

Gənclərlə keçirilən görüşdə YAP Qəbələ rayon təşkilatı gənclər birliyinin sədri Namiq Ağayev çıxış edərək bildirdi ki, bu gün partiyamız cəmiyyət tərəfindən quruculuq, sabitlik, inkişaf və tərəqqi partiyası kimi qəbul edilir. Yeni Azərbaycan Partiyası öz məqsəd və məramına uyğun olaraq gənclərin hüquqi dövlət və sivil vətəndaş cəmiyyətinin quruculuq proseslərində yaxından iştirakına gözəl şərait yaradılıb: "Vətəni, milləti üçün fəaliyyət göstərmək istəyində olan fəal gənclər Yeni Azərbaycan Partiyası tərəfindən daim himayə olunur. Gənclərimiz partiya xəttilə mütəmadi olaraq xarici ölkələrdə səfərlərdə olur, müxtəlif beynəlxalq təşkilatların tədbirlərinə qatılaraq ölkəmizi təmsil edirlər. Respublikamızın və rayonumuzun həyatında xüsusi yer tutan biz gənclər çox gözəl başa düşürük ki, ölkəmizdə keçirilən parlament seçkilərində layiqli namizədi dəstəklədikdə hər bir vətəndaşın rifahı yüksəlir. Bizim rayonumuzdan 4 dəfə deputat seçilmiş Fəttah müəllimin zəhməti istər mədəniyyət, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə aydın görülür. Biz gənclər rayonumuzda gedən inkişafı daha çox hiss edirik. Əlbəttə, bu inkişaf Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir".

Gənclərlə görüşdə çıxış edən gənc seçicilərdən Gülnar Eyvazlı, Səbinə Cahangirli və Anar Məhərrəmov respublikamızda, eləcə də rayonumuzda gənclərə göstərilən qayğıdan, onların təhsil almaları üçün yaradılan şəraitdən geniş danışdılar. Çıxış edən gənclər 1 noyabr tarixində keçiriləcək parlament seçkilərində fəal iştirak edəcəklərini və Fəttah Heydərova səs verəcəklərini bildirdilər.

Görüşdə çıxış edən deputatlığa namizəd F.Heydərov onunla görüşə gələn bütün gəncləri ürəkdən salamladı və gənclər arasında özünü daha da gümrah hiss etdiyini bildirdi. O, qeyd etdi ki, Azərbaycan gəncləri artıq cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib: "Demokratik prinsiplərin mənimsənilməsi və inkişafı prosesində onlar yaxından iştirak edirlər. Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən son illər qəbul olunmuş Dövlət Proqramları gənclərimizin hərtərəfli inkişafına böyük şərait yaradır. Gənclərin xaricdə təhsil almaları yüksək mütəxəssis kimi yetişmələri üçün ölkə Prezidenti tərəfindən hərtərəfli şərait yaradılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşların sosial rifahına yönəlib".

Fəttah Heydərov onu da bildirdi ki, ölkə Prezidenti "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramlarını təsdiq edib. Dövlət Proqramında gəncləri narahat edən bütün məsələlərin öz həllini tapmaq üçün icra mexanizmləri işlənib hazırlanıb. Hazırda həmin proqram uğurla icra edilməkdədir. Fəttah Heydərov bu proqramın rayonumuzda da durmadan yüksək uğurla həyata keçirildiyini də bildirdi. O,qeyd etdi ki, Qəbələ rayonunda gənclərə göstərilən qayğının nəticəsidir ki, hər il yüzlərlə gənc respublikamızın nüfuzlu ali məktəblərinə yüksək balla qəbul olunur: "Gənclər arasında işsizlik problemi aradan qaldırılmışdır, onların asudə vaxtının səmərəli təşkili üçün rayonda yetərincə idman qurğuları və istirahət mərkəzləri inşa edilmişdir. Bütün bu yaradılan şərait gənclərimizin cəmiyyətə layiqli vətəndaş kimi yetişdiriliməsində böyük rol oynayır".

Tədbirin sonunda deputatlığa namizəd Fəttah Heydərov gənc seçicilərin qaldırdıqları məsələlər barədə fikir və mülahizələrini bildirdi, onların suallarına cavab verdi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər