PDF Oxu

Siyasət

  • 30

Pirallahı rayonunda Rauf Əliyevin seçicilərlə növbəti görüşü keçirilib

Pirallahı rayonunda Rauf Əliyevin seçicilərlə növbəti görüşü keçirilib

27 oktyabr tarixində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi üzrə Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüş Rauf Əliyev Pirallahı qəsəbəsində seçicilərlə görüş keçirib.

Görüşdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov, YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədr müavini Əli Kərimov, YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin sədri Orxan Babayev seçicilərə deputatlığa namizəd Rauf Əliyevin fəaliyyəti barədə ətraflı məlumat veriblər, seçiciləri ən layiqli namizəd Rauf Əliyevə səs verməyə çağırıblar.

Seçicilər qarşısında çıxış edən Rauf Əliyev Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılması nəticəsində hər bir yaşayış məntəqəsinin sürətlə inkişaf etdiyini qeyd edib. Deputatlığa namizəd ölkə iqtisadiyyatının neftdən asıllığının minimuma endirildiyini, qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərildiyini vurğulayıb. Rauf Əliyev Milli Məclisin üzvü kimi, ötən beşillik fəaliyyətinin yüksək dəyərləndirilməsinə görə, seçicilərə təşəkkür edərək, yenidən millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını bildirib.

Daha sonra çıxış edənlər Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Dilbazi Babayeva, Pirallahı qəsəbə məscidin axundu Elçin Baxşəliyev 1 noyabr parlament seçkilərində YAP-ın namizədi Rauf Əliyevi yekdilliklə dəstəkləyəcəklərini qeyd ediblər.

Sonda deputatlığa namizəd Rauf Əliyev seçiciləri maraqlandıran sualları cavablandırıb.

İntizarə Məmmədova

Digər xəbərlər