PDF Oxu

Siyasət

  • 20

YAP - namizədləri yeni və davamlı inkişafa doğru

YAP - namizədləri yeni və davamlı inkişafa doğru

Aqiyə Naxçıvanlı Oğuz seçicilərilə görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyasının (YAP) 1 noyabrda keçiriləcək parlament seçkilərilə bağlı təbliğat kampaniyası "Yeni hədəflərə doğru" şüarilə davam etdirilir. 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Aqiyə Həbib qızı Naxçıvanlının Oğuz rayonu Padar, Dəymədərə və Yemişənli kəndindən olan seçicilərlə növbəti görüşü keçirilib.

187 nəfər seçicinin iştirak etdiyi görüşü YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq Aqiyə Naxçıvanlının ictimai-siyasi fəaliyyətilə əlaqədar məlumat verib və oğuzluları 1 noyabrda keçirlən növbəti parlament seçkilərində də 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Aqiyə Həbib qızı Naxçıvanlıya səs verməyə dəvət edib.

Deputatlığa namizəd Aqiyə Naxçıvanlının vəkilləri Seyidməmməd Quliyev və Emin Əzimli Aqiyə Naxçıvanlının ictimai-siyası, pedaqoji fəaliyyəti ilə bağlı məlumat veriblər.

Deputatlığa namizədin vəkilləri qeyd ediblər ki, qısa müddət ərzində şəhərimiz və onun kəndləri öz simasını tanınmaz dərəcədə dəyişib, insanların yaşayışı bir qədər də yaxşılaşıb".

Vəkillərin sözlərinə görə, bütün bunlar yerli sakinlərin xoşbəxt gələcəyə, yüksək rifaha inamınını bir qədər də artırıb: "Bu, ölkədə keçirilən parlament seçkilərinə marağı daha da artırır və seçicilərin fəallığının bir qədər də yüksəlməsinə səbəb olur".

Görüşdə çıxış edən seçicilərdən Padar kənd sakini Teyyub Hüseynov, Mahirə Məmmədova, Dəymədərə kənd sakini Əvəz Məmmədov, Abdullayeva İzulə və digərləri çıxış edərək deputata öz fikir və təkliflərini bildiriblər. Həmçinin, vurğulayıblar ki, 1 noyabrda keçirlən növbəti parlament seçkilərində də 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Aqiyə Həbib qızı Naxçıvanlıya səs verəcəklər.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər