111 sayı Zaqatala-Balakən Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Kamilə Əliyevanın seçicilərlə görüşü davam edir
YAP-ın 111 sayı Zaqatala-Balakən Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Kamilə Əliyevanın Balakən rayonun seçicilərilə görüşü davam edir. Azsaylı xalqların yaşadığ İtitala, Kortala, Püştətala, Beçaqar və Qaravəli kəndlərinin seçicilərlə deputatlığa namizəd Kamilə Əliyevanın görüşü keçirilib.
Yeni Azərbatycan Partiyası Balakən rayon təşkilatının Seçki Qərargahının sədri Azad Balayev görüşü açaraq rayon təşkilatının gördüyü işlər, İtitala kəndinin sosial problemləri barədə məlumat verib.
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının səlahiyyətli nümayəndəsi Habil Qurbanov çıxış edərək Kamilə Əliyevanın həyat və yaradıcılığı barədə məlumat verib və seçiciləri 1 noyabr seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən YAP-ın 111 sayı Zaqatala-Balakən Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Kamilə Əliyeva ona yenidən etimad göstərildiyinə görə, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev Cənablarına və hakim partiyaya minnətdarlıq edib. Kamilə Əliyeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir: "Partiyamızın gücü Ulu Öndər Heydər Əliyevin ideyalarında və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdədir. Xalqımız Ulu Öndərimizin ideyalarına sadiq olmaqla bərabər dövlət başçısının siyasətini tam dəstəkləyir. Bütün bunlar partiyamızın uğurlarını şərtləndirən əsas amillərdir".
Deputatlığa namizəd, həmçinin 1 noyabrda keçiriləcək parlament seçkilərində daha fəal və obyektiv olmağa, YAP-ın layiqli namizədlərinə səs verməyə çağırıb O, hər bir seçicini bayram əhvali-ruhiyyəsilə məntəqələrə gəlib demokratiyanın və müstəqilliyimizin bizə verdiyi imkandan yararlanaraq, öz düzgün seçimlərini etməyə çağırdı.
Görüşdə kənd seçiciləri adından Əli Əliyev çıxış edərək kəndlərin sosial problemlərilə bağlı məsələləri deputatlığa namizədin nəzərinə çatdırmaqla məsələlərin həllinə köməklik göstərməsini xahiş edib.
Beçaqar kənd sakini Əli Xırxırov isə kənd ərazisindən axan çaya beton bəndlər salınmağa ehtiyacı olduğunu bildirib.
Qaravəli kənd orta məktəbinin direktoru Şərif Alqayev isə çıxış edərək deputalığa namizədi əmin etdi ki, 1 noyabr seçkilərində Püştətala və Qaravəli kənd seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə yekdilliklə səs verəcəklər.
Deputatlığa namizəd, həmçinin Balakən rayonunun Mahamalar və Katex kəndlərində də seçicilərlə görüşlər keçirib.
R.HÜSEYNOVA