21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən Məlahət İbrahimqızının təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşləri seçici fəallığı ilə davam edir
Yeni Azərbaycan Partiyası 21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən Məlahət İbrahimqızının təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü təhsil işçilərilə keçirildi.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın deputatlığa namizədi Məlahət İbrahimqızı ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən, iqtisadi inkişafdan danışaraq, ölkə həyatının bütün sferalarında olduğu kimi, təhsil sahəsində də islahatların aparıldığını, dövlət proqramlarının qəbul olunduğunu vurğuladı: "Azərbaycan Prezidenti Cənab İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Azərbaycan təhsilinə dövlət tərəfindən ayrılan diqqətin bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəb binaları, əlavə korpuslar tikilib, əsaslı təmir olunub. Ölkə başçısının diqqəti sayəsində təhsil islahatları uğurla davam edir, təhsil işçilərinin sosial müdafiəsi möhkəmləndirilir".
M.İbrahimqızı ölkəmizin hər bir yerində olduğu kimi, Nəsimi rayon ərazisində də görülən işlərə nəzər salaraq bildirdi ki, rayonda böyük quruculuq-abadlıq işləri aparılıb və buna görə ölkə başçısına borcluyuq.
Yeni Azərbaycan Partiyasının namizədi Məlahət İbrahimqızı parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürüldüyünə və ona növbəti dəfə etimad göstərildiyinə görə dərin minnətdarlığını bildirdi. İctimai-siyasi fəaliyyəti haqqında geniş məlumat verən Məlahət İbrahimqızı 1 noyabr tarixində keçiriləcək parlament seçkilərində seçiciləri olan təhsil işçilərinə fəal iştirak etməyi tövsiyə etdi.
M.İbrahimqızı millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğduldaraq xalqın əsl elçisi olacağını vurğuladı.
Görüşdə çıxış edən seçicilər öz növbələrində xalqımızın etimadını qazanmış və 660 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının layiqi namizədi – Məlahət İbrahimqızına səs vercəklərini bildirdilər.
Nəzakət ƏLƏDDİNQIZI