PDF Oxu

Siyasət

  • 22

Gənclərə iş tapmaqda kömək göstəriləcək

Gənclərə iş tapmaqda kömək göstəriləcək

"Göyçay İnkişaf Mərkəzi" Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gələcəyini planlaşdır və qur" adlı layihənin icrasına başlayıb.AZƏRTAC xəbər verir ki, layihənin icrası zamanı gənclərin peşə bacarıqlarının artırılması və işlə təmin edilməsi istiqamətində tədbirlər görüləcək.İctimai Birliyin sədri Əzizağa Atakişiyev bildirib ki, layihənin ilkin mərhələsində gənclər arasında sosioloji sorğu keçirilib və onlar arasında seçim aparılıb. Seçilən 40 nəfər fəal gənc üçün növbəti mərhələdə karyera planlaşdırılması mövzusunda təlim və seminarlar təşkil olunacaq. Bununla yanaşı, gənclərə iş axtarmağın metodları ilə bağlı ətraflı məlumatlar veriləcək, onlarla praktiki işlər aparılacaq, karyeralarını planlaşdırmağa və iş tapmağa kömək göstəriləcək.Həmçinin layihə çərçivəsində gənclər arasında peşə yönümü istiqamətində maarifləndirmə işləri aparılacaq, peşə təhsilli gənc mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlıq əlaqələri qurulacaq, gənclərin dövlət və özəl müəssisələrə səfərləri təşkil ediləcək. Əvvəlcə Göyçayda həyata keçiriləcək layihə çərçivəsində rayon gənclərinin məşğulluq imkanlarının artırılmasına və onların Göyçay Regional Peşə Tədrisi Mərkəzində peşə təhsili üzrə kurslara cəlb edilməsinə kömək olunacaq.

AZƏRTAC

Digər xəbərlər