PDF Oxu

Siyasət

  • 41

Rizvan Abbasov: “Mərkəz 60 seçki məntəqədəsində “exit poll” keçirəcək” YENİLƏNİR

Rizvan Abbasov: “Mərkəz 60 seçki məntəqədəsində “exit poll” keçirəcək” YENİLƏNİR

Bu gün "Rəy" Monitorinq Mərkəzi Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə "exit poll" keçirməsi ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Mərkəzin direktoru Rizvan Abbasov bildirib ki, "Rəy" Monitorinq Mərkəzinin "exit poll" keçirilməsi sahəsində geniş təcrübəsi var: "Mərkəz bundan əvvəl prezident və parlament seçkilərində də "exit poll" keçirib. Bu dəfəki seçkiərdə Mərkəz 10 seçki dairəsi üzrə 60 seçki məntəqədəsində "exit poll" keçirəcək.Mərkəz rəhbəri deyib ki, "exit poll"un keçirilməsinə 100-dən artıq kadr cəlb ediləcək: "Kadrlar könüllülük prinsipləri əsasında fəaliyyət göstərir".Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabrın 22-də keçirilən iclasında "Rəy" Monitorinq Mərkəzinin Milli Məclisə seçkilərdə "exit poll" keçirməsi ilə bağlı müraciətinə baxılıb və müsbət qərar verilib.

sia.az

Digər xəbərlər