PDF Oxu

Siyasət

  • 26

“Rəy” Monitorinq Mərkəzi seçicilərin rəyini öyrənəcək

“Rəy” Monitorinq Mərkəzi seçicilərin rəyini öyrənəcək

"Rəy" Monitorinq Mərkəzi Milli Məclisə seçkilərdə 10 seçki dairəsi üzrə 60 məntəqədə "exit-poll" keçirəcək. Bu barədə oktyabrın 28-də "Seçkilər" Media Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.

Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov "exit-poll" keçirilməsi qaydaları barədə məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi qurum ictimai rəyin öyrənilməsi, ekspert sorğularının keçirilməsi, sosial-siyasi və iqtisadi mövzularda, demoqrafiya, xarici siyasət, mədəniyyət və digər sahələrdə sosioloji və sosial-psixoloji tədqiqatların aparılmasında ixtisaslaşıb.

Diqqətə çatdırılıb ki, "exit-poll"un nəticələri səsvermə başa çatdıqdan sonra bir saat ərzində elan olunacaq.

sia.az

Digər xəbərlər