PDF Oxu

Siyasət

  • 35

Təhsil dövlətin başlıca məqsədidir

Təhsil dövlətin başlıca məqsədidir

Xəzər rayon təhsil işçiləri yekdilliklə Rauf Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Milli Məclisə 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Rauf Əliyevin təhsil işçilərilə növbəti görüşü keçirilib. YAP Xəzər rayon təşkilatında keçirilən görüşdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov təhsil işçiləri ölkənin ümumi inkişafına özünəməxsus töhfələr verdiyini qeyd edib: "Təhsil dövlətimizin davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir. Bunu ölkə Prezidenti Cənab İlham Əliyev də öz əməli fəaliyyəti ilə təsdiq edib. Ölkəyə rəhbərlik etdiyi dövrdə Cənab Prezident bu sistemin inkişafını təmin edəcək bir sıra dövlət proqramları imzalamış, fərmanlarla təhsil işçilərinin əməyini qiymətləndirmişdir. Respublikada start götürən məktəb tikintisi və mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması ölkə təhsilinin inkişafına görünməyən bir təkan verib. Məktəblərin tikintisi və əsaslı təmirləri Xəzər rayonundan da geniş vüsət almışdır. Rayonumuzda fəaliyyət göstərən təhsil işçiləri də, öz növbələrində fəaliyyətlərini ölkə təhsilinin inkişaf tendensiyaları səviyyəsində qurublar. Bu gün bunu biz böyük fəxr və qürurla söyləyirik".

Çıxışında Namiq Əhmədov, həmçinin onu da bildirib ki, ötən parlament seçkilərində olduğu kimi noyabrın 1-də keçiriləcək seçkilərdə də təhsil işçiləri fəal iştirak edəcək, səslərini layiqli namizədlərinə verəcəklər: "Bilirsiniz ki, ötən beş il ərzində 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsinin millət vəkili olan Rauf Əliyev təhsil işçiləri ilə daim əlaqə yaratmış, onların problemlərilə yaxından tanış olmuşdur. Bu baxımdan da düşünürəm ki, Xəzər rayon təhsil işçiləri səslərini məhz hər zaman dövlətə, dövlətçiliyə xidmət edən partiyamızın layiqli namizədi Rauf Əliyevə verəcəklər. O, seçiciləri seçkilərdə aktiv olmağa çağırırdı".

Seçicilər qarşısında çıxış edən Rauf Əliyev seçki kampaniyası haqqında məlumat verib: "Dairədə bütün təbəqələrdən olan seçicilərlə görüşürük. Bu müddətdə bir daha şahidi olduq ki, Azərbaycan seçicisi sözə, əməli fəaliyyətə yüksək dəyər verən seçicidir. Azərbaycan seçicisi dünyada və ölkədə gedən prosesləri yaxından izləyir, siyasi proseslərə çox həssaslıqla yanaşır. Nəhayət, öz seçimini edəndə, bu nüansları nəzərə alaraq düzgün qərarını verir. Hesab edirəm ki, bütün seçkilərdə olduğu kimi, parlament seçkilərində də sizlər doğru qərarınızı verərək, parlamentdə sizi təmsil edəcək, millət vəkilinizi seçəcəksiniz".

Deputatlığa namizəd təhsil işçilərinin ona yönlənmiş suallarını cavablandırıb, səsləndirilən problemlərin həllində köməklik göstərəcəyini vurğulayıb.

Çıxış edən təhsil işçiləri keçən dövür ərzində Rauf Əliyevin qəsəbələrin sosial problemlərinin həllindəki rolunu yüksək qiymətləndiriblər. Onlar 1 noyabr parlament seçkilərində Rauf Əliyevə səs verəcəklərini bildiriblər.

İNTİZARƏ

Digər xəbərlər