PDF Oxu

Siyasət

  • 44

"Mən seçiciyəm"

"Mən seçiciyəm"

Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyinin bu mövzuda layihəsi başa çatmaq üzrədir

Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Mən seçiciyəm" (ilk dəfə səs verən gənclərin seçki maarifləndirilməsi)" adlı layihəsi başa çatmaq üzrədir. Layihənin məqsədi 2015-ci il parlament seçkilərində ilk dəfə səs verən gəncləri seçki hüququ sahəsində maarifləndirilmək, onlarda seçki prosesinə maraq oyatmaq, gənc seçicilərin elektoral fəallığını artırmaq və gənclərdə fəal vətəndaş mövqeyi formalaşdırmaqdır. İlk dəfə səs verən gənclərin seçki prosesində fəal iştirakı bu gənclərin seçki hüquqları sahəsində maarifləndirilməsini zəruri edir. Bu məqsədlə 19-26 oktyabr tarixində layihə çərçivəsində Salyan, Ismayıllı və Göyçay rayonlarında ilk dəfə səs verən gənclər üçün dəyirmi masalar və maarifləndirmə seminarları keçirilib. Maarifləndirmə tədbirlərində 18 yaşlı gənclər Azərbaycanda parlamentarizm tarixi, ölkənin siyasi sistemi və demokratik idarəetmə seçkilərin rolu, seçki hüququnun əsasları və seçki günü səsvermə qaydaları, dövlət-gənclər siyasəti, seçkilərdə gənclərin iştirakının məsuliyyətli və əhəmiyyəti mövzularında müzakirələr aparıblar. İştirakçılara maarifləndirmə bukleti, liflet, maykalar və xatirə hədiyyələri paylanıb.Seminarlarda müvafiq rayonların gənclər və idman idarələrinin rəhbərləri, layihə koordinatoru İlhamı Həziyevə, ekspertlər "Universitet Təhsilli Qadınlar" Cəmiyyətinin sədri Tamam Cəfərova, İradə Əliyeva, Abhəyat Abdullayeva iştirak ediblər. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerlərdəki idarələrinin dəstəyilə həyata keçirilir.

Nəzakət Bayramova

Digər xəbərlər