PDF Oxu

Siyasət

  • 31

Qusar seçiciləri YAP-ın namizədinə səs verəcəklər

Qusar seçiciləri YAP-ın namizədinə səs verəcəklər

Azər Badamovun təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun təhsil işçilərilə görüşü keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 51 saylı Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizədi Badamov Azər Camal oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun təhsil işçilərilə görüşü keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov Azərbaycanın bu gün özünün inkişaf tempinə görə dünyanın inkişaf etmiş dövlətlərilə bir sırada addımladığını bildirərək ölkəmizdə bütün sahələrdə uğurların əldə olunduğunu qeyd edib: "Ölkədə irimiqyaslı işlər görülüb. Prezident Cənab İlham Əliyevin apardığı siyasəti sayəsində həyata keçirilən yeniləşmə, müasirləşmə nəticəsində Azərbaycan qüdrətli bir dövlətə çevrilib, ölkəmiz tamamilə yeni görkəm alıb. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Bütün bu nailiyyətlər düzgün qurulan daxili və xarici siyasətin nəticəsidir".

Görüşdə deputatlığa namizəd Azər Badamov çıxış edərək özünün seçki platforması haqqında məlumat verib və 1 noyabrda keçiriləcək seçkilərdə fəal olmağı seçicilərə tövsiyə edib. O, görüşə gəlmiş bütün seçicilərə öz təşəkkürünü bildirərək, millət vəkili seçiləcəyi təqdirdə, əməli fəaliyyətilə hər bir seçicisinin etimadını doğruldacağını qeyd edib.

Görüşdə seçicilər adından çıxış edən Mərəfəti Nüşabə, Kəmalə Nəcəfova birmənalı olaraq 1 noyabr tarixdə keçiriləcək seçkilərdə yekdilliklə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.

Görüşdə seçiciləri maraqlandıran suallar deputatlığa namizəd tərəfindən cavablandırılıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər