PDF Oxu

Siyasət

  • 31

Yeni Azərbaycan Partiyasının nüfuzu çox yüksəkdir

Yeni Azərbaycan Partiyasının nüfuzu çox yüksəkdir

Siyəzən sakinləri 1 noyabr parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcək

Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədi Tahir Süleyman oğlu Süleymanov təşviqatilə əlaqədar Siyəzənini təhsil işçilərilə görüş keçirib.

Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov çıxış edərək Milli Məclis üzvlüyünə namizəd Tahir Süleyman oğlu Süleymanovun həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. E.Heydərov çıxışında 1 noyabr 2015-ci il tarixində keçiriləcək parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını söyləyib: "Bu mühüm prosesdə seçicilərin fəal iştirakı vacibdir. Bu baxımdan, Siyəzən seçicilərinin keçirlən təbliğat kampaniyasında böyük fəallığı nəzərə çarpır. Odur ki, siyəzənlilərin, birmənalı olaraq, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə dəstək olacağını əminliklə söyləmək olar. İnanıram ki, Siyəzən sakinləri "Yeni hədəflərə doğru" naminə seçkilərdə ən layiqli namizədlərə səs verəcəklər".

Görüşdə çıxış edən seçicilər Tahir Süleymanovun Azərbaycanın inkişafına, demokratik cəmiyyət quruculuğu prosesinə öz töhfəsini verən namizəd olduğunu bildiriblər. Seçicilər namizədlə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar, öz qayğılarını, arzularını dilə gətiriblər. Onlar deputat kimi, Tahir Süleymanovun ötən 5 illik fəaliyyətindən razı qaldıqlarını vurğulayıblar.

Deputatlığa namizədin vəkillər kənd seçicilərini Yeni Azərbaycan Partiyasının əzmkar, insanpərvər, alicənab, nüfuzlu namizədinə - Tahir Süleyman oğlu Süleymanova səs verməyə çağırıblar.

Görüşdə çıxış edən deputatlığa namizəd Tahir Süleyman oğlu Süleymanov qeyd edib ki, seçicilərin yüksək dəstəyi sayəsində Siyəzən əhalisi növbəti dəfə Milli Məclisdə təmsil edəcəyinə inanır: "Bu gün Azərbaycan sürətlə inkişaf edib. Ölkədə baş verən sürətli, davamlı sosial-iqtisadi inkişaf hər kəsi qurmağa, tikməyə, yaratmağa həvəsləndirir. Seçicilər bunu yaxşı bilir və yüksək qiymətləndirirlər. Son illər Siyəzən öz simasını tanınmaz dərəcədə dəyişib, insanların yaşayışı daha da yaxşılaşıb. İnsanların işıqlı sabaha, xoşbəxt gələcəyə, yüksək rifaha inamı bir qədər də artıb. Bu, ölkədə keçirilən parlament seçkilərinə marağı daha da artırır və seçicilərin fəallığının bir qədər də yüksəlməsinə səbəb olur".

Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov millət vəkili seçiləcəyi təqdirdə, siyəzənlilər tərəfindən ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını bildirib.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər