PDF Oxu

Siyasət

  • 15

Nəsimi seçiciləri YAP-ın namizədinə inanır və etibar edirlər

Nəsimi seçiciləri YAP-ın namizədinə inanır və etibar edirlər

21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizəd Məlahət İbrahimqızının 5-ci mikrorayon ərazisində yaşayan seçicilərlə görüşü keçirildi

Dünən Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızının 5-ci mikrorayon ərazisində yaşayan seçicilərilə görüşü keçirildi.

Vəkillərinin iştirakilə keçirilən görüşü giriş sözü ilə açan Məlahət İbrahimqızı 1 noyabr tarixində parlament seçkilərilə bağlı keçirilən təbliğat-təşviqat kampaniyasının seçici fəallığilə davam etdiyini bildirdi. 1 noyabr tarixində keçiriləcək parlament seçkilərinə Yeni Azərbaycan Partiyasının "Yeni hədəflərə doğru" şüarı ilə tutaraq getdiyini deyən Məlahət xanım əhalinin seçkiləri bayram əhvali-ruhiyəsilə qarşıladıqlarını vurğuladı: "Çətin situasiyada müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən ümumxalq partiyası - Yeni Azərbaycan Partiyasının Azərbaycanın bugünkü iqtisadi, siyasi və mədəni inkişafında özünəməxsus rolu var. Yüksək inkişaf etmiş dövlətlər sırasında duran Azərbaycan bu gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətini uğurla həyata keçirir". O, Nəsimi rayonunda yaşayan seçicilərin sosial rifahına da toxundu. Qeyd etdi ki, ölkəmizin hər yerində olduğu kimi, rayon ərazisində aparılan quruculuq- abadlıq işləri, sosial-iqtisadi uğurlar hər kəsə bəllidir.

M.İbrahimqızı seçiciləri qarşısında özü və deputat kimi fəaliyyəti, eləcə də YAP Nəsimi rayon təşkilatının sədri olaraq istimai-siyasi aspektdə gördüyü işləri diqqətə çatdırdı: "Nəsimi rayonunda müxtəlif təbəqənin nümayəndələri var, ziyalı təbəqəsi isə əksəriyyət təşkil edir. Seçicilər hər zaman xüsusi fəallıq nümayiş etdirməklə seçiliblər. Növbəti seçkilərdə də seçimlərini edərək, inkişafımıza səs verəcəkləri əminlik yaradır".

Görüşdə çıxış edən seçicilər M.İbrahimqızının parlament seçkilərində namizədliyinin irəli sürülməsini alqışlayaraq, ona dəstək olacaqlarını bildirdilər. Onun təcrübəli parlamentar kimi ölkəmizədə özünə böyük hörmət və rəğbət qazandığını, həqiqətən də, seçilməyə və Azərbaycanı təmsil etməyə layiq ziyalı olduğunu bildirərək əməli fəaliyyətini nəzərə alıb 1 noyabr tarixində parlament seçkilərində hamılıqla məntəqələrə gedib YAP-ın namizədinə səs verəcəklərini bildirdilər. Sonra 200-ə yfçın seçicinin iştirak etdiyi görüşdə seçicilərlə depudatlığa namizəd arasında sual-cavab xarakterli maraqlı müzakirələr aparıldı.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər