PDF Oxu

Siyasət

  • 23

Yasamal sakinlərinin seçimi Aytən Mustafayevadır

Yasamal sakinlərinin seçimi Aytən Mustafayevadır

Milli Məclisə deputatlığa növbəti dəfə namizəd, deputat Mustafayeva Aytən İnqlab qızı seçicilər ilə görüşlərini davam etdirir. SİA-nın məlumatına görə, 16 saylı Yasamal ikinci seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizəd Aytən Mustafayeva Yasamal rayon sakinləri ilə növbəti görüşündə o, seçicilər ilə fikir mübadiləsi aparıb, seçicilərin problemlərini dinləyib.Namizədin vəkili Əfsər Sadıqov Aytən Mustafayevanın həyat və fəaliyyəti, habelə keçən beş ildə Milli Məclisdəki siyasi fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib. O, namizədin həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərinə yaxından köməklik göstərdiyini, xeyriyyəçiliklə məşğul olduğunu, seçicilərilə müntəzəm olaraq görüşdüyünü, bir çox seçicinin qayğılarının və problemlərinin həll olunmasına köməklik göstərdiyini, bir sözlə, onun Milli Məclis üzvlüyünə laiqli namizəd olduğunu diqqətə çatdırıb və seçkilər günü seçiciləri Mustafayeva Aytən İnqlab qızına səs verməyə çağırıb.Görüşdə deputatlığa namizəd Aytən Mustafayeva çıxış edərək özünün seçki platforması haqqında məlumat verib və 1 noyabrda keçiriləcək seçkilərdə fəal olmağı seçicilərə tövsiyə edib. O, görüşə gəlmiş bütün seçicilərə öz təşəkkürünü bildirərək, millət vəkili seçiləcəyi təqdirdə, əməli fəaliyyətilə hər bir seçicisinin etimadını doğruldacağını qeyd edib.A.Mustafayeva öncə olduğu kimi bundan sonra da seçicilərin problemlərinə diqqətlə yanaşacağını, səlahiyyətləri çərçivəsində bu problemlərin həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.Seçicilər də çıxış edərək namizədi dəstəklədiklərini, Azərbaycanın daha da güclənməsi üçün Mustafayeva Aytən İnqlab qızına səs verəcəklərini bəyan ediblər.

yap.org.az

Digər xəbərlər