Tural Abbaslı: "Bu, bir daha partiya rəhbərliyinin səriştəsizliyini sübut etdi"
"Müsavat Partiyası məlum qurultayından sonra yalnış və avtoritar idarəetməyə görə zəifləməkdə davam edir. Divanda seçkilərə qatılmamaqla bağlı qərar bir daha sübut etdi ki, partiya rəhbərliyinin hansısa məsələyə dair uzunmüddətli planı yoxdur. Bir ay öncə seçkiyə qatılan və verilən qərarın doğru olduğunu əsaslandıran insanlar heç nəyin dəyişmədiyi halda bu gün baykot qərarı verir, bunu hansısa yollarla əsaslandırmağa çalışır. Bu, bir daha partiya rəhbərliyinin səriştəsizliyini sübut etdi". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası divanının keçmiş üzvü Tural Abbaslı deyib.Tural Abbaslı qeyd edib ki, bu cür düşünülməmiş addımlar partiyanın mövqelərini həm cəmiyyətdə, həm də siyasi arenada daha da zəiflədəcək: "Ümumiyyətlə bu qərarı əsaslandırılmamış qeyri-adekvat qərar hesab edirəm. Onların qarşısında da heç bir öhdəliyim yoxdur. Ona görə də mən yalnış qərarların, düşünlüməmiş atılan addımların tərkib hissəsi olmayacağam. Kimin hansı qərar verməyindən asılı olmayaraq, mübarizəmi davam etdirməyi düşünürəm".
sia.az