Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan etdikdən sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Mili Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında ətraflı məlumat verilib. MSK katibi Arifə Muxtarova və MSK-nın üzvü Bəxşeyiş Əsgərov müraciətlər haqqında fikirlərini bildiriblər. Sonda cari məsələlərə baxılıb.
sia.az