PDF Oxu

Siyasət

  • 43

Binəqədi seçiciləri Madər Musayevə səs verəcəklər

Binəqədi seçiciləri Madər Musayevə səs verəcəklər

10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Milli Məclisə bitərəf namizəd Madər Musayevin seçki qərargahının üzvləri seçki marafonu çərçivəsində seçicilərlə son görüşlərini Binəqədi qəsəbəsində keçiriblər.

Görüşün əvvəlində M.Musayevin millət vəkili kimi son beş ildə göstərdiyi fəaliyyəti, gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri əməli nəticələrlə sübuta yetirən video-süjet nümayiş olunub.

Seçicilərin böyük ruh yüksəkliyi ilə qatıldığı görüşü açıq elan edən namizədin seçki qərargahının rəhbəri Niyaz Niftiyev bildirib ki, Madər Musayevin seçicilərilə görüşünə doğma ocağı olan Binəqədi qəsəbəsində yekun vurulur: "Video-süjetdən də şahidi oldunuz ki, M.Musayev seçicilərinin etimadını doğruldaraq alın açıqlığilə yenidən namizədliyini irəli sürmüşdür. O, yenə də ölkə rəhbərliyinin yürütdüyü quruculuq siyasəti əsasında Binəqədi, Biləcəri qəsəbələrində və digər ərazilərdə həllini gözləyən bir çox layihələrin irəli sürülməsində və həyata keçirilməsində xüsusi təşəbbüskarlıq nümayiş etdirmək niyyətindədir".

Seçki qərargahının rəhbəri çıxışının sonunda seçiciləri bir daha seçki günü fəallıq nümayiş etdirməyə, ailəlikcə öz namizədlərinə - "Vəd verənə deyil, iş görənə, əməl sahibinə" səs verməyə dəvət edib.

Sonra namizədin vəkilləri Məlahət İbrahimova, Almaz Hacıyeva, Şahrza Ağayev, Nəzirməmməd Quliyev çıxış edərək M.Musayevin deputatı və namizədi olduğu ərazi üçün gördüyü işləri konkret misallar əsasında çoxsaylı görüş iştirakçılarının diqqətinə çatdırıblar. Görüşün sonrakı gedişiatı seçicilərin çıxış və təkliflərilə müşayiət olunub. Ərazidə yaşayan yazıçı-publisist Etibar Etibarlı, Binəqədi qəsəbə məscidinin axundu Şahbala Əliməmmədov, Mirəz Cəbiyev və başqaları ötən dönəmlərdəki fəaliyyətinə görə yenidən M.Musayevə etimad göstərəcəklərini xüsusi vurğulayıblar.

ZÜMRÜD

Digər xəbərlər