PDF Oxu

Siyasət

  • 34

YAP-ın qələbəsi tərəqqi və inkişafın davamlı olmasını təmin edəcək

YAP-ın qələbəsi tərəqqi və inkişafın davamlı olmasını təmin edəcək

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Aqiyə Naxçıvanlı Həbib qızı seçicilərlə növbəti görüş keçirib

1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Belə görüşlərdən biri də hakim Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Aqiyə Naxçıvanlı Həbib qızının Oğuz rayonunun Sincan, Dəymədağlı, Mollalı və Tərkəş kəndlərindən olan seçicilərlə görüşü olub. 235 nəfərdən çox seçicinin iştirak etdiyi görüşü açan YAP Oğuz rayon təşkilatının sədri, namizədin səlahiyyətli nümayəndəsi Saleh Məhərrəmov bildirib ki, partiyanın İdarə Heyətinin qərarına əsasən, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən Aqiyə Həbib qızı Naxçıvanlı millət vəkilliyinə namizədliyi YAP tərəfindən irəli sürülüb. S.Məhərrəmov namizədin həyat və fəaliyyətilə bağlı məlumat verib. Onun sözlərinə görə, Aqiyə Naxçıvanlı ictimai-siyasi fəaliyyətləri və şəxsi keyfiyyətlərilə ictimaiyyət arasında böyük hörmət və nüfuz qazanıb. S.Məhərrəmov, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında 1 noyabrda parlamentə növbəti seçkilərin mühüm əhəmiyyət daşıdığını söyləyib və taleyüklü tədbirdə seçicilərin üzərinə düşən vəzifələrdən bəhs edib və birmənalı olaraq, Yeni Azərbaycan Partiyasının irəli sürmüş olduğu namizədə dəstək olmağa səsləyib.

Görüşdə YAP tərəfindən namizədliyi irəli sürülmüş Aqiyə Həbib qızı Naxçıvanlının vəkilləri Emin Əzimli və Seyidməmməd Quliyev çıxış ediblər. Onlar, öz növbələrində Aqiyə Naxçıvanlının öncəki deputatlıq fəaliyyəti barədə seçicilərə məlumat veriblər və 1 noyabrda bütün seçiciləri YAP namizələrinə səs verməyə çağırıblar.

Görüşdə seçicilərdən Şair İsmayılov, Mollalı kənd sakini Gülbala Həmidov, Sincan kənd sakini Şirin Bəhmənov və başqaları çıxış edərək Aqiyə Naxçıvanlının fəaliyyətindən razı qaldıqlarının və 1 noyabrda YAP namizədlərinə səs verəcəklərini söyləyiblər.

R.HÜSEYNOVA

Digər xəbərlər