Yeni Azərbaycan Partiyası tərəfindən 12 saylı Qaradağ - Binəqədi - Yasamal Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Zabelin Maxail Yuryeviç Sulu-təpə, Xocasən, 28 May qəsəbə sakinlərilə görüş keçirdi.
Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov bildirdi ki, ölkəmiz önəmli əhəmiyyət daşıyan 1 noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsindədir. Deputatlığa namizəd Mixail Zabelinin ictimai-siyasi fəaliyyətilə bağlı məlumat verən R.Göyüşov bildirdi ki, Azərbaycan Rus İcmasının sədri olan Mixail Zabelin YAP-ın yaradıcılarından biridir: "Respublikanın 91 nəfər ziyalısının 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevə ünvanladığı müraciətdə Mixail Zabelinin də imzası var. Onun aktiv fəaliyyəti yüksək qiymətləndirilərək, "Şöhrət" ordeni ilə təltif olunmuşdur". Artıq 10 ildir ki, bu ərazidən deputat seçildiyini və secicilərilə sıx təmas qurmağı bacardığını qeyd edərək Mixail Zabelinə səs verməyə çağırdı.
Görüşdə çıxış edən deputatlığa namizəd Mixail Zabelin Yeni Azərbaycan Partiyasının ona etimad göstərərək, növbəti dəfə deputatlığa namizədliyinin irəli sürüldüyünə görə, minnətdarlığını bildirdi. O, qeyd etdi ki, seçiləcəyi təqdirdə Azərbaycanın inkişafı və rifahı naminə çalışacaq, Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarına sadiq qalacağını, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətini dəstəkləyəcəyini bildirdi.
Görüşdə çıxış edən deputatlığa namizəd Mixail Zabelinin vəkili Raci Vəliyev namizəd haqqında geniş məlumat verdikdən sonra, bildirdi ki, onun mənşəcə rus olmasına baxmayaraq, ruhən gördüyü işlər və Vətəni Azərbaycana sədaqəti baxımından azərbaycanlıdır: "Onun fəaliyyəti bizim ölkəyə, sadə adamlara çox fayda verir. İnanırıq ki, səsinizi daim yanınızda olan Mixail Zabelinə verəcəkçiniz. Sizi 1 noyabrda partiyanın layiqli namizədi Mixail Zabelinə səs verməyə çağırıram".
Deputatlığa namizəd Mixail Zabelinin vəkilləri Nizami Kəngərlinski, Gündüz Abbaszadə, Vidadi Rzayev çıxış edərək Mixail Zabelinin təvazökar şəxsiyyət və ictimai xadim kimi qiymətləndirdilər. Bildirildi ki, M.Zabelin respublikamızın müstəqillik əldə etdiyi, Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk gündən hadisələrin mərkəzində olmuş, Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü müdafiə etmişdir. Daim Azərbaycanının mənafeyini müdafiə edən partiyanın namizədi Mixail Zabelinə səs verməyə çağırdılar. Seçicilər Loğman Əliyev və başqaları çıxış edərək, 10 il onların deputatları olmuş partiyanın layiqli namizədi Mixail Zabelini dəstəkləyərək, növbəti dəfə ona səs verəcəklərini bildirdilər.
ZÜMRÜD